• Stokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilibStokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilib
  • Novruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilibNovruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilib
  • Parisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblərParisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər
  • V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib


Xəbərlər


ABŞ-da tanınmış politoloq və jurnalist Farid Zakariya Qlobal Bakı Forumunda iştirak edəcək
2017-01-10 | 16:09 |

ABŞ-da tanınmış politoloq və jurnalist Farid Zakariya Qlobal Bakı Forumunda iştirak edəcək

Amerika Birləşmiş Ştatlarında nüfuzlu və populyar siyasi şərhçi, beynəlxalq münasibətlər üzrə ekspert, CNN telekanalının aparıcısı, həftəlik “Newsweek International” nəşrinin redaktoru Farid Zakariya 2017-ci ilin martında keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək. Bu barədə Farid Zakariya ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndəsinin görüşündə bildirilib. Görüşdə həmçinin, NGBM-nin fəaliyyəti, V Qlobal Bakı Forumuna dair geniş müzakirə aparılıb, Farid Zakariyanın tədbirdə iştirakının detalları dəqiqləşdirilib. Farid Zakariya eyni zamanda Forum iştirakçılarına videomüraciət ünvanlayıb. Müraciətində Bakıya ilk dəfə səfər edəcəyini bildirən Farid Zakariya eyni zamanda dünyada baş verən proseslərin gərgin bir vaxtında Bakı Forumunun əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Hindistanda dünyaya gələn müsəlman əsilli Farid Zakariya ABŞ-da tanınmış politoloq və jurnalistdir. Beynəlxalq münasibətlərə dair bir neçə kitabın müəllifi, CNN telekanalında aparıcı olan F.Zakariya “New York Times”, “The Wall Street Journal” kimi nüfuzli nəşrlərdə öz yazıları ilə çıxış edib, bir sıra qəzet və jurnallarda isə redaktorluq edib.





2017-03-27 |
2017-03-27 |
2017-03-27 |
2017-03-17 |
2017-03-17 |
2017-03-17 |
2017-03-17 |
2017-03-17 |
2017-03-16 |
2017-03-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved