• Stokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilibStokholm İcra Hakimiyyətində Azərbaycana dair təqdimat keçirilib
  • Novruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilibNovruz bayramı Türkiyənin Kocaeli vilayətində qeyd edilib
  • Parisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblərParisdə yaşayan azərbaycanlılar Novruz bayramını qeyd ediblər
  • V Qlobal Bakı Forumu başa çatıbV Qlobal Bakı Forumu başa çatıb
  • Qlobal Bakı Forumu panel müzakirələrlə davam edibQlobal Bakı Forumu panel müzakirələrlə davam edib


Xəbərlər


Fransada soydaşımızın adını daşıyan beynəlxalq müsabiqə keçiriləcək
2017-01-12 | 12:21 |

 Fransada soydaşımızın adını daşıyan beynəlxalq müsabiqə keçiriləcək

 2017-ci mayın 15-dən 19-dək Fransa və İsveçrədə soydaşımız Adilə Əliyevanın adını daşıyan Pianoçuların 11-ci Beynəlxalq Festivalı keçiriləcək. Festivalın final konsertlərindən biri mayın 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) İsveçrənin Cenevrə şəhərində yerləşən ofisində baş tutacaq. Heydər Əliyev Fondu ilə əməkdaşlıq çərçivəsində təşkil edilən müsabiqəyə Azərbaycanın Fransa və İsveçrədəki Səfirliyi, ölkəmizin BMT-nin Cenevrə ofisindəki nümayəndəliyi, Fransadakı Azərbaycanın Dostları Assosiasiyası, Fransanın Mədəniyyət Nazirliyi və digər qurumlar dəstək göstərir.

Artıq 21 ildir Fransa və İsveçrədə keçirilən Adilə Əliyeva adına Pianoçuların Beynəlxalq Festivalı Avropada Azərbaycan mədəniyyətini təbliğ etməklə yanaşı, gənc musiqiçilərə təhsil imkanları yaradır. Belə ki, nüfuzlu musiqi yarışının qalibləri Doyçe qrammafon, Soni, Fransa radiosu, Nyu York Filarmoniyası, Karneqi Holl, Nyu Yorkun Linkoln Mərkəzi kimi təşkilatlardan təhsil təqaüdü qazanıblar. Onların arasında azərbaycanlı gənc musiqiçilər də olub.  

Qeyd edək ki, 25 ildir Fransada yaşayan Azərbaycanın əməkdar artisti Adilə Əliyeva Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktorudur. Pianoçu 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-disk ərsəyə gətirib.





2017-03-27 |
2017-03-27 |
2017-03-27 |
2017-03-17 |
2017-03-17 |
2017-03-17 |
2017-03-17 |
2017-03-17 |
2017-03-16 |
2017-03-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved