• Soydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilibSoydaşımız Qazaxıstanda yüksək vəzifəyə təyin edilib
  • Stokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıbStokholmda qeyd edilən uşaq bayramına azərbaycanlılar da qatılıb
  • Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilibLeyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Botanika bağında ağacəkmə aksiyası keçirilib
  • Azərbaycanlı uşaqlar Türkiyədə keçirilən 23 Nisan uşaq bayramında iştirak ediblərAzərbaycanlı uşaqlar Türkiyədə keçirilən 23 Nisan uşaq bayramında iştirak ediblər
  • Fransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilibFransanın Nant şəhərində diaspor nümayəndələri ilə görüş keçirilib


Xəbərlər


İordaniya Senatının Prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək
2017-02-16 | 11:09 |

İordaniya Senatının Prezidenti Qlobal Bakı Forumunda iştirak edəcək

 Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək V Qlobal Bakı Forumunda İordaniya Haşimilər Krallığı Senatının Prezidenti Faisal əl-Fayezin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə İordaniyanın sabiq Baş nazirləri Taher əl-Masri, Abdulrauf əl-Ravabde və Abdelsalam əl-Majali daxildir.

İordaniya II, III və IV Qlobal Bakı forumlarında da geniş nümayəndə heyəti ilə təmsil olunub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü olan sabiq Baş nazir Taher əl-Masri yanvar ayında Misirdə keçirilmiş Mərkəzin Ali Səviyyəli Toplantısına da qatılıb.

Martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumda bir sıra dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları da daxil olmaqla 50 ölkədən 200-dən çox qonağın – nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlərin iştirakı gözlənilir.

 “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan forum çərçivəsində panel müzakirələr təşkil olunacaq. Panellərdə terrorizmə qarşı mübarizənin yolları, müasir beynəlxalq münasibətlərin nizama salınmasında ittifaqların qurulması zərurəti, beynəlxalq münasibətlərdə Çinin rolu, ekstremizm və populizmin beynəlxalq təhlükəsizlik üçün təhdidləri, Baltik-Qara dəniz təhlükəsizlik icmasının yaradılması  ilə bağlı geniş müzakirələr aparılacaq. 





2017-04-27 |
2017-04-26 |
2017-04-26 |
2017-04-25 |
2017-04-25 |
2017-04-20 |
2017-04-19 |
2017-04-19 |
2017-04-17 |
2017-04-11 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved