• Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilibTeymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
  • Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlamasıDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlaması
  • Litvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edirLitvada yaşayan soydaşlarımız Azərbaycana qarşı kampaniyaya etiraz edir


Xəbərlər


Azərbaycan diaspor təşkilatı ukraynalı şairin yubileyini qeyd edib
2017-02-16 | 12:32 |

Azərbaycan diaspor təşkilatı ukraynalı şairin yubileyini qeyd edib

Ukrayna Azərbaycanlı Gənclər Birliyi (UAGB), Səməd Vurğun adına Kiyev Kitabxanası və Ukraynanın krım-tatar gəncləri ukraynalı şair, tərcüməçi Mıkol Miroşniçenkonun yaradıcılıq gecəsini keçiriblər. Şairin 70 illik yubileyinə həsr olunmuş tədbirdə UAGB-nin sədri İlhamə Allahverdiyeva Ukrayna oxucusunu şərqin, o cümlədən Azərbaycanın klassik və müasir şairlərinin əsərləri ilə tanış edən M.Miroşniçenkonun tərcüməçilik fəaliyyətini yüksək qiymətləndirib, gənclərin belə bir şairi tanımasının vacibliyini qeyd edib.

Tədbirdə Azərbaycanın Ukraynadkı Səfirliyinin 1-ci katibi Fərid Babayev çıxış edərək Ukraynada Azərbaycan ədəbiyyatının təbliğinə töhfələr verən Mıkol Miroşniçenkoya azərbaycanlıların böyük rəğbətindən danışıb. 

Sovet dövründə M.Miroşniçenkonun yaradıcılığına qoyulmuş qadağalar və yalnız tərcüməçilik fəaliyyəti ilə məşğul olmasına iczazə verilməsi şairi şərq dillərini öyrənməyə sövq edib. 1974-76-cı illərdə Bakıda olan şair Azərbaycan dilini öyrənib və Azərbaycan, türk, krım-tatar dillərindən tərcümələr etməyə başlayıb. 2000-ci ildə müəllifin krım-tatar poeziyasından Ukrayna dilinə etdiyi tərcümələrdən ibarət “Şərqin qapısı” adlı toplusu, 2006-cı ildə isə “Azərbaycan poeziyası antologiyası” ikicildli toplusu çap olunub. Azərbaycanlıların və Krım tatarlarının böyük dostu M.Miroşniçenko Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçısı olub. Xalqlarımız arasında münasibətlərin, ədəbi əlaqələrin möhkəmlənməsinə öz töhfələrini verən şair 2009-cu ildə vəfat edib. 

Şairin yaradıcılıq gecəsində Səməd Vurğun adına Kitabxananın direktoru Qalina Çebotareva, şairin həyat yoldaşı Larisa Miroşniçenko, Ukrayna Azərbaycanlıları Biləşmiş Konqresi Məclisinin sədri Akif Gülməmmədov, Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenko və başqaları çıxış edərək xatirələrini paylaşıblar. Tədbirdə M.Miroşniçenkonun tərcümə etdiyi Azərbaycan şairlərinin bəzi əsərləri səsləndirilib.   





2017-09-21 |
2017-09-20 |
2017-09-20 |
2017-09-19 |
2017-09-15 |
2017-09-15 |
2017-09-14 |
2017-09-13 |
2017-09-13 |
2017-09-12 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved