• Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaqŞimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq
  • Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşübAzərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb
  • Nyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edibNyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib
  • "Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib
  • Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcəkVaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək


Xəbərlər


Azərbaycanlı pianoçunun yeni albomunun İstanbulda təqdimatı keçiriləcək
2017-03-14 | 12:51 |

Azərbaycanlı pianoçunun yeni albomunun İstanbulda təqdimatı keçiriləcək

 Martın 25-də Azərbaycan Respublikasının əməkdar artisti, tanınmış pianoçu İslam Manafovun dahi bəstəkar Frederik Şopenin əsərlərindən ibarət yeni albomunun Türkiyənin İstanbul şəhərində Cemal Reşit Rey Konsert zalında təqdimatı keçiriləcək.

10 Qremmi mükafatı laureatı, əfsanəvi produsser Kristofer Alderin rəhbərliyi ilə Almaniyanın Hannover şəhərindəki Bethoven zalında yazılmış CD-Albom artıq İsveçrə, Avstriya, Almaniya və digər ölkələrdə satışa çıxarılıb.

Soydaşımızın ifasında ərsəyə gəlmiş albomun Avropada ilk tanıtım konserti Avstriyanın Vyana şəhərində, Motsartın yaşadığı evdə keçirilib. Diplomatların, musiqi tənqidçilərinin, dünya şöhrətli musiqiçilərin dinlədiyi konsert anşlaqla keçib və dinləyicilərdə maraq yaradıb.

Lüksemburqda çap edilən “Pizzicato” jurnalı və Amerikanın Atlanta şəhərindəki musiqi tənqidçisi Fil Muz soydaşımızın CD-Albomu haqqında yazaraq, onu yüksək qiymətləndiriblər.

“Pizzicato” jurnalı yazır: “Əsərlərin strukturu inanılmaz yaxşı düşünülüb. Şopenin ən çətin əsərlərindən seçilmiş proqramın azərbaycanlı pianoçu İslam Manafov tərəfindən səsləndirilmiş yüksək səviyyədə ifası! Düşünürəm ki, Manafov bu ilk CD-Albomunu gec yaşda yazdırsa da, bunu gözləməyə dəyərmiş. Şopenin hüznlərini, uşaqsayağı sevinclərini özünəməxsus bir toxunuşla bizə çatdırır. Hər bir əsərin sonunda yaşanan güclü duyğuları hiss etmək mümkündür. İslam Manafovun Şopenin musiqisindəki ifası davamlı böyüyərək irəliləyir və Manafov ağlında düşündüyü böyük rəsmi bizlərə çox dəqiq çatdırır. O, texnik pasajları elə bir asanlıqla çalır ki, ifasında sanki şəlalələrin səsini dinləyirsiniz. Manafovun mükəmməl ifasını dinlədiyiniz zaman necə böyük bir müdrik şəxsiyyətlə qarşı-qarşıya olduğunuzu anlayacaqsınız. Mütləq dinləyin!"

Amerikalı musiqi tənqidçisi Fil Muz İslam Manafovun ifasını belə xarakterizə edib: "Bu adam möhtəşəmdir! Onun yazdırdığı bu ilk CD-Albom Manafovun bütün dünyada daha da tanınmasına səbəb olacaq. Manafov Şopenin bütün əsərlərində çox güclü hissiyyata sahibdir. Əsərlərin mətnini çox gözəl anlayır və Şopenin güclü səs palitrasını öz ifası ilə ortaya çıxarır. Onun poetik ifası Steinway-D instrumentində çox parlaq bir biçimdə duyulur və mən daha öncə Steinway markalı royaldan bu böyüklükdə möhtəşəm səs çıxdığına şahid olmamışam!"

Azərbaycanlı pianoçu İslam Manafovun ifasında olan bu əsərlər Avropa və ABŞ-ın bir çox yerli radiolarında səsləndirilib. Albomu eyni zamanda, iTunes, Spotify kimi onlayn platformalardan endirmək və dinləmək mümkündür.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasının dosenti İslam Manafov uzun illərdir Türkiyədə yaşayır və işləyir.

 





2017-05-26 |
2017-05-24 |
2017-05-24 |
2017-05-24 |
2017-05-24 |
2017-05-24 |
2017-05-23 |
2017-05-23 |
2017-05-23 |
2017-05-23 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved