• Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib
  • Azərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilibAzərbaycanın mülki şəxslərinin Ermənistan ordusu tərəfindən öldürülməsi ilə bağlı Vyanada etiraz aksiyası keçirilib
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SərəncamıAzərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Xəbərlər


Qlobal Bakı Forumunda "Transatlantik münasibətlərin gələcəyi" mövzusu müzakirə olunub
2017-03-16 | 11:59 |

Qlobal Bakı Forumunda

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqanın moderatorluğu ilə keçirilən iclasda müzakirə olunan mövzunun aktuallığı qeyd edilib.

İclasda Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliyev, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Argentinanın sabiq vitse-prezidenti Culio Cezar Cobos, Ekvadorun sabiq Prezidenti Rosalia Arteaga, “Ukrayna Üç Min” Fondunun prezidenti, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko, ABŞ hökumətində baş məsləhətçi Edvard Lutvok iştirak ediblər.

Siyasi realizmə qarşı olduğunu bildirən Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev fikrincə, siyasi realizm maraqlara xidmət edir, müharibələr yaradır: “İstərdim ki, siyasi realizm XX əsrdə qalsın və ona qayıtmayaq, siyasi realizmdən nəticələr çıxaraq. Əgər dünyada dayanıqlı sülh varsa, təkcə böyük güclər deyil, hamı nəzərə alınmalıdır, yəni böyük güclər başqaları üçün qərarlar verməməlidir. Bu baxımdan Avropa İttifaqı gözəl təcrübədir və nadir sülh layihəsidir. Burada qərarların qəbulunda hamı iştirak edir. İstərdim ki, liderlər maraqları dəstəkləməsinlər, diplomatiyanı üstün tutsunlar, nəinki silahları. Hazırda Avropa İttifaqında 11 böhran var. İnsanlar siyasətçilərin bu böhranları həll etməsini gözləyirlər. Bolqarıstan mənim üçün o zaman güclü ola bilər ki, Avropa İttifaqı güclü olsun. Biz, eyni zamanda, transatlantik əlaqələri saxlamağı çalışmalıyıq. Bu baxımdan NATO-nun fəaliyyətini vurğulamaq olar. Biz bu təşkilatın gücünü dəstəkləyirik. Habelə sərbəst qlobal ticarət üçün şərait yaradılmalıdır.”. 

Serbiyanın sabiq Prezidenti Boris Tadic qeyd edib ki, maraqlara əsaslanan siyasi realizmdə dəyərlər, prinsiplər nəzərə alınmır: “Beynəlxalq arenada populizm, demokratik cəmiyyətlərdə problem və münaqişələr, bir çox ölkələrdə siyasi böhranlar mövcuddur. Bu cür vəziyyətdə əsl siyasət önə çıxmalıdır. Biz əgər siyasi relizmə qayıtsaq çox böyük çətinliklərlə üzləşəcəyik. Bu gün bir çox insanlar siyasəti təqsirləndirir, siyasi təcrübəsi olmadan arenalarda çıxış edirlər. Belə təcrübələrin vaxtı keçib. Biz bu arenada öz imkanlarımızı, eləcə də dünyadakı münaqişələri həll etmək iqtidarında olduğumuzu göstərməliyik. Yeni dünya asayişinin bərpa olunması vaxtıdır. Biz, həmçinin miqrasiya, iqtisadi təhlükəsizlik məsələləri, mədəniyyət sahəsində rast gəlinən çətinliklərlə məşğul olmalıyıq”.

Ərəb Liqasının sabiq Baş katibi Əmir Musanın fikrincə, siyasi realizmdə beynəlxalq standartlara hörmət yoxdur, şəxsi maraqlar var, habelə super qüvvələr öz siyasətlərini müəyyənləşdirməyiblər: “Müəyyən dəyişiklər olsa, da  azdır. Dünyada yoxsulluq, korrupsiya problemləri narahatlıq doğurur. BMT-nin fəaliyyəti isə sanki medalın iki tərəfidir. Məsələn, bu qurumun UNESKO, FAO təşkilatlarının fəaliyyəti uğurludur, lakin təhlükəsizlik məsələsi medalın qara tərəfidir. Ən pis isə böyük qüvvələrin problemləri idarə etmək cəhdləridir. Təəssüf ki, köhnə quruluş hələ də mövcuddur”.

Argentinanın sabiq vitse-prezidenti Julio Cezar Cobos Azərbaycan kimi gözəl ölkənin ev sahibliyi etdiyi bu forumda iştirak etməkdən qürur duyduğunu bildirib. Qeyd edib ki, dünyada baş verən münaqişələr həllini tapmayıb: “Cəmiyyətin gələcəyini cari vəziyyətinə qurban vermək olmaz. Daha təhlükəsiz və ədalətli dünyanın qurulmasına çalışmaq lazımdır. Bərabərliyin və azadlığın qarantı olaraq birlikdə işləməli, bütün qüvvəmizi konfliktləri aradan qaldırmağa, miqrant probleminin həllinə yönəltməli, bərabər dünya qurmalıyıq. Bunun üçün, həmçinin iqtisaidi, mədəni baxımdan əlaqələr genişləndirilməlidir. Nəzərə almaq lazımdır ki, beynəlxalq vəziyyət çox dinamikdir və gözlənilməzdir. Argentina bu iclasda müzakirə edilən mövzulara öz töhfəsini verə bilər. Dünyaya nə müşahidəçi, nə də danışan lazımdır, dünyaya əməli iş görənlər lazımdır. Bizim xarici siyasətimiz bu prinsiplərə əsaslanır, çünki gələcək nəsillər bunu tələb edir”.

Ekvadorun sabiq Prezidenti Rosalia Arteaga bu paneldə xanım nümayəndələrin iştirak etməsindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, bu gün hamı qlobal dünyada yaşayır: “Eyni zamanda dünyada müxtəlif proseslər gedir. Məsələn, Böyük Britaniya Avropa İttifaqından çıxır, ABŞ-da Donald Tramp Prezident seçilir. Dünyada baş verən proseslər lokal kontekstdən də təhlil oluna bilər. Məsələn, Çinin iqtisadiyyatında nəsə baş verərsə, bu digər ölkələrə təsir edəcək, yaxud Avropada avronunun dəyərdən düşməsi başqa ölkələrə təsirsiz ötüşmür. Eləcə də texnologiyaların inkişafı ayrı-ayrı ölkələrə təsir edir. Qloballaşmanın təsiri xoşumuza gəlib-gəlməsə də böyükdür. Bunun üçün qlobal problemlərin həllini birgə aradan qaldırmağa çalışmalıyıq”.  

“Ukrayna Üç Min” fondunun prezideni, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko Azərbaycanın ev sahibliyi etdiyi bu forumda iştirakına görə təşəkkür edib və aktual mövzuların müzakirə edildiyi forumun əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, dünyada iki-üç güclü dövlət digər ölkələrin taleyini müəyyənləşdirir, yerdə qalanlar isə onlarla hesablaşmalı olur: “Lakin bu, düzgün deyil, bu, nə mənəviyyata, nə də beynəlxalq standartlara uyğundur. Siyasi realizm uzun müddət davam edə bilməz. Eyni zamanda, Avropa İttifaqı və digər birliklər birgə müqavilələrə əməl etməlidirlər. Avropa vətəndaşlara üz tutmalı və Avropanın nə üçün yaradıldığını onlara izah etməlidir. Vətəndaşlar korrupsiya və ayrı-ayrı ölkələrdə baş verən münaqişələrdən narahatdırlar. Qloballaşmanı dəyişə bilməsək də, qloballaşmada daha faydalı iştirak edə bilərik”.

ABŞ hökumətində baş məsləhətçi Edvard Lutvok Donald Tramp Administrasiyasının öz fəaliyyətində prioritet hesab etdiyi məsələlərdən danışıb. Qeyd edib ki, hazırda ABŞ dövlətində siyasətin əsasını infrastruktur layihələri təşkil edir: “ABŞ dövləti xarici siyasətində müttəfiq dövlətlərlə münasibətini davam etdirir”. E.Lutvok Prezident Reyqanın dövründən hökumətdə fəaliyyət göstərdiyini diqqətə çatdıraraq müxtəlif illərdə dövlətin siyasətinin siyasi və iqtisadi aspektləri, nəticələri haqqında məlumat verib, fikrini müqayisələrlə əsaslandırıb. 





2017-07-20 |
2017-07-20 |
2017-07-17 |
2017-07-17 |
2017-07-13 |
2017-07-13 |
2017-07-13 |
2017-07-12 |
2017-07-12 |
2017-07-12 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved