• Parisdə erməni təxribatının qarşısı alınıbParisdə erməni təxribatının qarşısı alınıb
  • Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilibTeymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
  • Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlamasıDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlaması


Xəbərlər


V Qlobal Bakı Forumunda terrorizmlə mübarizənin yolları müzakirə olunub
2017-03-16 | 12:04 |

V Qlobal Bakı Forumunda terrorizmlə mübarizənin yolları müzakirə olunub

V Qlobal Bakı Forumu çərçivəsində “Müasir dövrdə terrorizmlə mübarizədə necə qalib gəlmək olar? Hansı vasitə, üsul və strategiya tətbiq olunmalıdır?” mövzusuna həsr olunan panel iclası keçirilib. İclasın moderatoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzininhəmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin bildirib ki, hazırda dünyada terrorizmin qurbanlarının əksər hissəsi müsəlmanlardır. “Terrorizmin Qərb ölkələrinə təsiri olsa da bu bəladan əsasən müsəlman ölkələri əziyyət çəkir. Terrorizmdən zərər çəkənlər də, onunla mübarizə aparanlar da müsəlmanlardır”, - deyə o qeyd edib.

Paneldə çıxış edən İordaniya Haşimilər Krallığı Senatının prezidenti Faisal El-Fayez qeyd edib ki, terrorizm heç bir halda dinlə bağlı deyil, bura istənilən din və milləti təmsil edənlər daxildir və bununla bağlı çox sayda misallar mövcuddur. Terrorizmin yaranma səbəblərindən danışan Senat prezidenti əsas diqqətin cəmiyyətdə ədalət, mədəniyyətin inkişafı, əhalinin təhsil səviyyəsinin artırılması, gənclərin düzgün tərbiyə olunması amillərinə yönəldilməsinin vacib olduğunu söyləyib. Onun sözlərinə görə, terrorizmin yaranmasının qarşısını almaq üçün insanlara vətəndşlıq hissləri aşılanmalı, dini təbliğ dəyişdirilməli, islam dini düzgün şəkildə təqdim edilməlidir. “Çünki islam dini deyir ki, bir şəxs başqasını öldürərsə, o bütöv bəşəriyyəti öldürmüş olar”, - deyə Faisal El-Fayez bildirib.

Ölkəsinin illər boyu terrorizmdən əziyyət çəkdiyini qeyd edən Fələstin Baş nazirinin müavini Ziyad Abu Amr isə bildirib ki, dövlətlərin terrora dəstək verməsi çox təhlükəlidir və terrorizmin bir alətə çevrilməsinə gətirib çıxarıb.

Bölgədə baş verənlərin bütün Yaxın Şərqin ictimai-siyasi həyatını dəyişdiyini vurğulayan Liviyanın xarici işlər naziri Mohammed Dayri ölkəsində terrorizmlə mübarizə tədbirləri barədə danışıb. Nazir hazırda dünyada islamın terrorla bağlı din kimi təqdim edilməsinin təəssüf doğurduğunu, bunun kökündən dəyişdirilməsi üçün bütün müsəlman ölkələrinin birgə səylər göstərməli olduğunu diqqətə çatdırıb.

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattininin fikrincə, bəşəriyyət hazrıda yalnız terrorizmə reaksiya verməklə kifayətlənir: “Hətta terrorizm nədir sualına tam cavab yoxdur. Halbuki qabaqlayıcı tədbirlər mütləq görülməlidir”. Sabiq nazir qeyd edib ki, həqiqi islam dininin terrorizmlə heç bir əlaqəsi yoxdur. İŞID sadəcə pul qazanmaq üçün dindən istifadə edir, narkotik, qanunsuz neft satışı, insan alveri ilə məşğul olur deyən Frattini “İslam terrorizmi” deməyin yanlış olduğunu vurğulayıb. “Bu sadəcə terrorizmdir. Allahın adından sui-istifadə olunur. Bunun kökləri yoxsulluqla bağlıdır. “Ərəb baharı”nın özünü doğrultmaması və bundan yaranan məyusluq da var. Tolerantlıq, qarşılıqlı əməkdaşlıq, etimad olmadan bu sahədə heç bir uğura nail olmaq olmaz. Biz bərabər işləməliyik”, - deyə o vurğulayıb.

İranın sabiq xarici işlər naziri Mənuçöhr Mottaki Forumun yüksək səviyyədə təşkilinə görə, Azərbaycan Prezidentinə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürünü bildirib. O, terrorizmi qloballaşma prosesinin yan təsirlərindən biri kimi şərh edib. “Ekstremizm qloballaşmanın qaranlıq tərəflərindən biridir. Keçmişdə terrorizm çox dar çərçivədə idi. Qloballaşma nəticəsində isə terrorizm beynəlxalq fenomenə çevrilib, hansısa ökəni deyil, bütün dünyanı əhatə edir”, - deyə sabiq nazir bildirib.  Onun sözlərinə görə, əvvəllər terrorçular mediaya çıxmaq üçün can atırdılarsa, indi media özü onlara can atır və asanlıqla çıxış əldə edir.

Əfqanıstanın sabiq vitse-prezidenti Kərim Xəlili ölkəsinin 20 ildən çoxdur ki, terrorizmlə mübarizə apardığını deyib: “Əvvəllər ölkəmiz işğala qarşı mübarizə aparırdı, indi terrorizm bizim bir nömrəli düşmənimizdir”. Terrorizmin universal ciddi bir təhdid olduğunu deyən məruzəçi terrorizmə vahid, razılaşdırılmış tərifin verilməsini və yalnız bundan sonra isə birgə mübarizə üsullarının yaradılması ətrafında işlərin görülməsindən danışmağın mümkün olduğunu söyləyib.

Albaniyanın sabiq prezidenti Rexhep Meydani sosial layihələri azaltmaq deyil, əksinə daha da artırmaq lazımdır. “Çünki sosial mühitin pisləşməsi, yoxsulluğun artması terrorizmin daha da genişlənməsinə gətirib çıxarır. Ekstremist qruplar belə təbəqədən olan insanları asanlıqla öz sıralarına cəlb edirlər”, - deyə o bildirib. O, həmçinin qeyd edib ki, terrorizmin müasir mediadan məharətlə istifadə edərək insanlar arasında qorxu və xof mühiti yaradırlar. Sabiq prezident terrorçuların sosial şəbəkələr vasitəsilə istədikləri kommunikasiya məqsədlərinə nail ola bildiklərini deyib, hazırda bütün dünyanın müharibə şəraitində yaşadığı fikrini dilə gətirib.

Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb.

         Forum işini sabah davam etdirəcək.





2017-09-22 |
2017-09-21 |
2017-09-20 |
2017-09-20 |
2017-09-19 |
2017-09-15 |
2017-09-15 |
2017-09-14 |
2017-09-13 |
2017-09-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved