• Parisdə erməni təxribatının qarşısı alınıbParisdə erməni təxribatının qarşısı alınıb
  • Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilibTeymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
  • Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlamasıDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlaması


Xəbərlər


Qlobal Bakı Forumunda müasir beynəlxalq münasibətlərin nizama salınması məsələsi müzakirə olunub
2017-03-16 | 12:16 |

Qlobal Bakı Forumunda müasir beynəlxalq münasibətlərin nizama salınması məsələsi müzakirə olunub

V Qlobal Bakı Forumu çərçivəsində “Müasir beynəlxalq münasibətlərin nizama salınmasında hansı ittifaqların qurulması zəruridir?” mövzusund daha bir panel iclası keçirilib. Gürcüstanın Baş nazirinin müavini Eka Tekalaşvilinin moderatorluğu ilə keçirilən iclasda dünyada və regionda baş verən ictimai-siyası proseslərlə bağlı müzakirələr aparılıb.

Panel müzakirələrdə çıxış edənlər hərbi ittifaqlar haqqında danışıb, NATO-ya üzv dövlətlərin və digər beynəlxalq təşkilatların tərəfdaş ölkələrlə münasibətlərinə toxunublar. Qeyd olunub ki, dünyada hökm sürən iqtisadi-siyasi böhran ölkələrarası münasibətlərə də təsir göstərir. Bundan başqa, qloballaşma, kibertəhlükəsizlik mövzuları da iclasın gündəliyində idi.

Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Ekvadorun sabiq Prezidenti Rosalia Arteaga, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Albaniyanın sabiq Prezidenti Sali Berişa, Rumıniyanın sabiq Baş naziri Petre Roman və digər məruzəçilər Avropanın üzləşdiyi çətinliklər, regional inteqrasiya, miqrasiya sahəsində baş verən proseslərə münasibət bildiriblər. Qeyd edilib ki, bu gün dünya qeyri-müəyyənlik və şübhələrlə doludur. Çıxışlarda əsas üç amilə diqqət cəlb edilib: qloballaşma, texnoloji inkişaf və iqlim dəyişikliyi. Çıxışçılar dünyada baş verən problemlərin həlli yollarının tapılmasının vacibliyini qeyd ediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mövzu ilə bağlı çıxış edib. Əli Həsənov müasir dövrdə dünyada baş verən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib.

Sonra mövzu ilə suallar cavablandırılıb.

Forum işini sabah davam etdirəcək.





2017-09-22 |
2017-09-21 |
2017-09-20 |
2017-09-20 |
2017-09-19 |
2017-09-15 |
2017-09-15 |
2017-09-14 |
2017-09-13 |
2017-09-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved