• Brüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilibBrüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilib
  • Bu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilibBu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
  • Brüsseldə Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
  • Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək


Xəbərlər


V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub
2017-03-17 | 12:24 |

V Qlobal Bakı Forumunda beynəlxalq münasibətlərdə Çinin rolu müzakirə olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusunda keçirilən V Qlobal Bakı Forumu bu gun işini davam etdirib. Forum çərçivəsində bu gün baş tutan ilk iclas “Beynəlxalq münasibətlərdə Çinin rolu: Köhnə qaydaların tətbiqi üsullarının müzakirəsi” mövzusuna həsr olunub. İclasın moderatoru olan Harvard Biznes Məktəbinin dosenti Qautam Mukunda Bakı Forumunda mühüm məsələlərin müzakirə edildiyini bildirib. O, bu iclasın da olduqca aktual mövzuya həsr edildiyini diqqətə çatdırıb.

İclasda çıxış edən Serbiyanın sabiq Prezidenti Boris Tadiç böyük siyasi və iqtisadi güc olan Çinin yenidən qlobal arenaya qayıtdığını diqqətə çatdırıb. Bildirib ki, iqtisadi əməkdaşlığı inkişaf etdirmək üçün tərəfdaşlarının sayını artıran Çin bu istiqamətdə “60+1” platformasını uğurla genişləndirir: “Çin bu strategiya çərçivəsində Serbiya ilə də tərəfdaşlığa dair saziş imzalayıb. Məhz buna görə də Çinin dünyada iqtisadi çəkisi get-gedə artmaqdadır”. Çinin dünya siyasətində də fəal çıxış etdiyini vurğulayan Boris Tadiç bildirib ki, öz maraqlarını fəal müdafiə edən Çin çoxtərəfli institutların qurulmasına çalışır.

Pakistanın sabiq Baş naziri Şaukat Aziz beynəlxalq aləmdə Çinin iqtisadi və siyasi nüfuzunun artdığını vurğulayaraq bildirib ki, bu təsir ilk növbədə, Çinin yerləşdiyi regionda daha çox hiss olunur. “Çin öz milli maraqları əsasında siyasət yürüdərək ölkənin inkişafına, əhalinin rifah səviyyəsinin artmasına çalışır. Çinin maraq dairəsində dünyaya hegemonluq iddiası dayanmır. Məhz buna görə də Çin son illərdə sürətli inkişafına görə dünyada bütün ölkələri qabaqlayır” - Şaukat Aziz belə deyib. Ölkələrin yalnız dialoq və qarşılıqlı əməkdaşlıq yolu ilə inkişaf edə biləcəyini diqqətə çatdıran sabiq Baş nazir bildirib ki, Çin beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirmək istiqamətində qlobal miqyasda yeni təşəbbüs və ideyalarla çıxış etməklə bu prosesdə istəkli davrandığını ortaya qoyur.

İtaliya Prezidentinin sabiq diplomatik müşaviri Antonio Zanardi Landi vurğulayıb ki, qlobal iqtisadi və siyasi proseslər bizim qarşımızda bir çox problemlər müəyyənləşdirir: “Belə bir şəraitdə Çinin davranışı və atacağı addımlar dünya siyasəti üçün çox böyük əhəmiyyət daşıyır. Son müşahidələr göstərir ki, Çin mövcud qaydalara uyğunlaşmağa çalışır. Çin azad ticarəti və əməkdaşlığı təşviq etməklə dünyada mövcud balansı öz xeyrinə dəyişməklə qlobal inteqrasiyaya çalışır”.

Qırğız Respublikasının sabiq Baş naziri Apas Jumaqulov aktual məsələlərə həsr olunan mühüm Forumun uğurla təşkilinə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Azərbaycanın sürətlə inkişaf edərək mühüm uğurlar qazandığını vurğulayan A.Jamaqulov deyib: “Prezident İlham Əliyev XX əsrin ən nüfuzlu şəxsiyyətlərindən olan Heydər Əliyevin oğludur. Heydər Əliyev nəinki təkcə XX əsrdə, növbəti əsrlərdə də ən məşhur şəxsiyyətlərdən biri kimi tanınacaq. Heydər Əliyev təkcə Azərbaycanın deyil, Sovet İttifaqının da ən nüfuzlu siyasi rəhbərlərindən biri olub. Mən Sovet İttifaqı dövründə Heydər Əliyev ilə işləmək şərəfinə nail olmuşam. Heydər Əliyev siyasətini təkcə ölkə miqyasında deyil, qlobal səviyyədə uğurla davam etdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Bu gün iştirak etdiyimiz və getdikcə daha geniş miqyas alan bu Forum sübut edir ki, Azərbaycan bu platformanın və xalqlar arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir”.

Qırğızıstanın son illər bir sıra ciddi çətinliklərlə qarşılaşdığını və onların öhdəsindən gəlməyə çalışdığını qeyd edən sabiq Baş nazir bildirib ki, belə bir vəziyyətdə qonşumuz Çin bizim ağır durumumuzdan sui-istifadə etməyə çalışmadı. Əksinə, biz Çinlə əməkdaşlığı daha da dərinləşdiririk.

Macarıstanın sabiq Baş naziri Peter Medgiessi bildirib ki, hazırda dünyada olduqca maraqlı mənzərə yaranıb. O qeyd edib ki, Çin qlobal əməkdaşlıq, azad ticarətin genişləndirilməsi təşəbbüsü ilə çıxış edir. Yeni prosesdə Çinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayan P.Medgiessi diqqətə çatdırıb ki, bu baxımdan Çin özünün maliyyə və bank sektorunu gücləndirməli, iqtisadi inkişafını sabit və dayanıqlı saxlamağa çalışmalıdır.

Tsingua Universitetinin “Schwarzman" Kollecinin dekanı David Qinqconq Pan bildirib ki, Çin kənardan nə qədər güclü görünsə də, ölkənin daxilində bəzi ciddi çətinliklər hələ də var: “Çində hələ də 800 milyon nəfər yoxsulluq şəraitində yaşayır. Onların illik gəliri 800 dollar təşkil edir. Bu, olduqca aşağı göstəricidir”.

Son 25 ildə Çinin sürətlə və dayanıqlı şəkildə inkişaf etdiyini vurğulayan David Qinqconq Pan bildirib ki, bunu nəinki ölkəmizə gələn qonaqlar, hətta Çində yaşayan hər bir insan aydın hiss edə bilir. Çinin daxili problemlərinin həllinə nə qədər diqqət ayırsa da, beynəlxalq əməkdaşlığa da xüsusi fikir verdiyini qeyd edən David Qinqconq Pan bildirib ki, ölkəsinin üç il əvvəl irəli sürdüyü və regional iqtisadi münasibətlər modeli olan “Bir yol-Bir kəmər” təşəbbüsü bunun əyani göstəricisidir: “Çinin sürətli inkişafının əsasında ölkənin yürütdüyü açıq qapı siyasəti, bazar əsaslı iqtisadiyyatın qurulması, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, azad ticarətin genişləndirilməsi dayanır”.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən açılış nitqində qeyd etdi ki, biz əməkdaşlığımızın praktiki olmasını istəyirik. Çinin sürətli inkişafının və əldə etdiyi nailiyyətlərin əsasında da məhz bu, dayanır”, - deyən David Qınqconq Pan Çinin gələcək beynəlxalq münasibətlərin inkişafı baxımından təhsilin inkişafına mühüm diqqət yetirdiyini bildirib. Qeyd edib ki, Çin təkcə bir il ərzində 3,5 milyon tələbəni xaricdə təhsil almaq üçün göndərib. Eyni zamanda, 1,8 milyon xarici tələbə ölkə ilə yaxından tanış olmaq üçün Çinə dəvət edilib. “Bu addım Çinin dünyanı, dünyanın isə bizi daha yaxından anlamasına xidmət edir. Hesab edirəm  ki, bu addım gələcəkdə öz müsbət töhfəsini verəcək.” – deyə o qeyd edib.

Çıxışlardan sonra mövzu ilə bağlı müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb.

Forum işini davam etdirir.





2017-11-21 |
2017-11-20 |
2017-11-20 |
2017-11-14 |
2017-11-14 |
2017-11-13 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved