• Brüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilibBrüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilib
  • Bu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilibBu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
  • Brüsseldə Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
  • Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək


Xəbərlər


Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat yayıb
2017-04-06 | 10:57 |

Avropa Azərbaycanlıları Konqresi ÜAK-ın ləğvi cəhdləri ilə bağlı bəyanat yayıb

Avropa Azərbaycanlıları Konqresi (AAK) təşkilatın təsisçilərindən biri olan Ümümrusiya Azərbaycan Konqresinin (ÜAK) fəaliyyətinin dayandırılmasına dair yayılmış məlumatlarla bağlı verdiyi bəyanatda narahatlığını ifadə edib. Bəyanatda bildirilir ki, bu addım ümumi tarixə və mədəniyyətə malik olan Rusiya ilə Azərbaycanın əsrlərə söykənmiş dostluq münasibətlərinin möhkəmlənməsinə qarşı yönəlib.  

ÜAK-n Rusiya-Azərbaycan dostluğunun rəmzi olmaqla yanaşı, eyni zamanda Rusiyadakı Azərbaycan diasporunu birləşdirən bir qurum olduğunu vurğulayan bəyanat müəllifləri bu təşkilatın sadəcə Azərbaycan diasporunun təşəbbüsü ilə yox, Rusiya və Azərbaycan prezidentlərinin razılığı əsasında, Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan Respublikasının (AR) Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə  2001-ci ilin martında təsis olunduğu xatırladır.

AAK-ın bəyanatında daha sonra qeyd olunur ki, bu günlərdə RF Xarici İşlər Nazirliyinin saytında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı məqalə yerləşdirilib. Bəyanat müəllifləri məqalədə göstərilən çox sayda amildən bir neçəsinə diqqəti çəkərək bildirir: “İkitərəfli münasibətlərin prinsip və prioritetlərini müəyyən edən əsas sənədlər 1997-ci il iyulun 3-də imzalanmış RF və AR arasında dostluq, əməkdaşlıq və təhlükəsizlik haqqında Müqavilə, 2008-ci il iyulun 3-də imzalanmış  RF və AR arasında dostluq və strateji partnyorluq haqqında Bəyannamədir”.

Bəyanatda Azərbaycanla Rusiyanın bir çox mühüm beynəlxalq məsələlərdə mövqeyinin üst-üstə düşdüyü və hər iki ölkənin bir-birinə dəstək göstərdiyi vurğulanır. Bildirilir ki, bütün bunlardan çıxış edərək, Rusiya ilə Azərbaycanı birləşdirən bu qədər ortaq cəhətin olduğu halda, ÜAK-ın ləğvi məsələsindən söhbət gedə bilməz. Son 16 ildə ÜAK fəaliyyəti hər iki ölkənin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və hər zaman gördüyü nəcib işlərə görə təşəkkür məktubları alıb.

Avropa Azərbaycanlıları Konqresi hesab edir ki, bu ÜAK-la bağlı qərar qeyri-obyektivdir və probemin hər iki ölkənin maraqlarına uyğun şəkildə ədalətli həllinə, Rusiyadakı ən böyük ictimai təşkilatın fəaliyyətini davam etdirəcəyinə ümid edir.





2017-11-21 |
2017-11-20 |
2017-11-20 |
2017-11-14 |
2017-11-14 |
2017-11-13 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved