• Parisdə erməni təxribatının qarşısı alınıbParisdə erməni təxribatının qarşısı alınıb
  • Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilibTeymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
  • Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlamasıDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlaması


Xəbərlər


Belarus azərbaycanlıları Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb
2017-04-06 | 15:48 |

Belarus azərbaycanlıları Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı bəyanat yayıb

Belarus Respublikasında fəaliyyət göstərən “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi ilə bağlı yayılmış məlumatlara görə narahatlığını bildirir. Belarus azərbaycanlıları hesab edir ki, bunun arxasında Rusiya-Azərbaycan dostluğunu qəbul edə bilməyən müəyyən insanlar və təşkilatlar dayanır. Bu barədə təşkilatın yaydığı bəyanatda deyilir.

Uzun illərdir ÜAK-la əməkdaşlıq etdiyini diqqətə çatdıran təşkilat üzvləri bildirir ki, ÜAK on ildən artıqdı iki qardaş xalq arasında özünəməxsus körpü və xalq diplomatiyası rolunu oynayaraq ikitərəfli əlaqələrin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.

“Hər zaman qanun çərçivəsində fəaliyyət göstərən ÜAK Rusiyadan kənarda da tanınır. Nəzərə almaq lazımdı ki, diaspor təşkilatları ictimai əsaslarla fəaliyyət göstərir və yaşadıqları ölkələrin ictimaiyyətini Vətəninin milli, mədəni, mənəvi dəyərləri ilə tanış olmasına kömək edir” –deyə Belarus azərbaycanlıları qeyd edir.

Bəyanatda deyilir: “Belarusda yaşayan azərbaycanlılar digər ölkələrin diaspor təşkilatları, eləcə də rus icması ilə yaxşı münasibətlərimiz var və birlikdə çox sayda aksiya və tədbirlər keçiririk. Heç nə bizim dost və qardaş münasibətlərimizə xələl gətirə bilməz”.

“Azərbaycan İcmaları Konqresi” ümid edir ki, məsələ ilə bağlı düzgün qərar veriləcək və ÜAK bundan sonra da fəaliyyətini davam etdirəcək. 





2017-09-22 |
2017-09-21 |
2017-09-20 |
2017-09-20 |
2017-09-19 |
2017-09-15 |
2017-09-15 |
2017-09-14 |
2017-09-13 |
2017-09-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved