• Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaqŞimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq
  • Azərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşübAzərbaycan diaspor rəhbəri İzmirdə bələdiyyə sədri ilə görüşüb
  • Nyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edibNyu Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu da iştirak edib
  • "Azərbaycan Kıbrıs Dostluq Cəmiyyəti" Rusiya Federal Məclisinə müraciət edib
  • Vaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcəkVaqif Səmədoğlunun Parisdə xatirə gecəsi keçiriləcək


Xəbərlər


Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib
2017-04-07 | 16:43 |

Qazaxıstanda yaşayan soydaşlarımız Rusiyanın ədliyyə nazirinə müraciət edib

 Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası Ümumrusiya Azərbaycan Konqresi ilə bağlı Rusiya Federasiyasının (RF) ədliyyə naziri Aleksandr Konovalova müraciət edib. Müraciətdə deyilir: “Hörmətli Aleksandr Vladimiroviç, biz, Qazaxıstan Respublikasında yaşayan azərbaycanlılar Ümumrusiya Azərbaycan Konqresinin fəaliyyəti ilə bağlı yayılmış xəbələrə görə çox narahatıq. Məsələnin səbəblərinin aydın olmaması isə bizi daha çox məyus edir”.

Mövcud olduğu bu illər ərzində ÜAK-la sıx əməkdaşlıq etdiklərini xatırladan Qazaxıstandakı soydaşlarımız təşkilatın iki dost ölkənin - Rusiya və Azərbaycanın mənafeyi üçün çox səmərəli xidmət göstərdiyini vurğulayır: “ÜAK uzun illər ərzində dostluq və həmrəylik münasibətlərində olan iki ölkənin mədəni, mənəvi dəyərlərinin mübadiləsində vacib rol oynayıb və oynayır”.  

Rusiya ədliyyə nazirinə ünvanlanmış müraciətdə daha sonra deyilir: “Bu gün, Azərbaycan Respublikası və onun Prezidenti İlham Əliyevin tolerantlıq və anlaşma siyasəti yürütdüyü bir vaxtda ÜAK-la bağlı yayılmış xəbərlər narahatlıq doğurur. Biz, Qazaxıstanda yaşayan azərbaycanlılar Sizdən xahiş edirik ki, bizim narahatlığımızı Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə çatdırasınız və ÜAK-ın qorunub saxlanılması ilə bağlı həmrəylik nümayiş etdirəsiniz".

 Qazaxıstanda yaşayan azərbaycanlılar A.Konovalovun diqqətinə çatdırır ki, ÜAK-ın ləğvi iki dost ölkənin prezidentləri İlham Əliyevlə Vladimir Putinin sayəsində uzun illərdir qorunan, inkişaf edən münasibətlərə xələl gətirə bilər.

Qazaxıstandakı Azərbaycan Mədəniyyət Mərkəzləri İttifaqı Assosiasiyası müraciətin sonunda Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovun yaranmış vəziyyətlə bağlı anlayış nümayiş etdirəcəyinə və problemin həllinə yardım göstərəcəyinə ümid etdiyini bildirir. 





2017-05-26 |
2017-05-24 |
2017-05-24 |
2017-05-24 |
2017-05-24 |
2017-05-24 |
2017-05-23 |
2017-05-23 |
2017-05-23 |
2017-05-23 |
MEDİATEKA
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved