• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


Xəbərlər


Rusiyanın "Soyuz natsionalnostey" jurnalında Azərbaycan diasporu fəalının məqaləsi dərc edilib
2017-04-19 | 15:01 |

Rusiyanın

 Rusiyanın nüfuzlu “Soyuz natsionalnostey” jurnalında Azərbaycan diasporunun fəalı Araz Mürsəliyevin məqaləsi dərc edilib.

 
“Rusiya-Azərbaycan: effektiv diplomatiya və əbədi dostluq” sərlövhəli məqalə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr edilib. Məqalə müəllifi qeyd edir ki, iki ölkə arasında münasibətlər dostluğa, sıx ticarət, iqtisadiyyat və mədəniyyət əlaqələrinə əsaslanır və çoxəsrlik tarixə malikdir.
 
A.Mürsəliyev yazır ki, Sovet İttifaqının dağılmasından sonra keçmiş SSRİ-nin bütün respublikaları, o cümlədən Rusiya və Azərbaycan müstəqillik əldə ediblər: “Hər iki tərəf üçün asan olmayan həmin dövrdə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı münasibətlər yeni səviyyədə faktiki olaraq sıfırdan qurulmağa başlandı. Azərbaycan Rusiyanın vacib strateji tərəfdaşıdır. İki ölkə arasında münasibətlərin əsasında bərabər hüquq və mehriban qonşuluq prinsipləri, dostluq və qardaşlığın qədim ənənələri dayanır”.
 
Müəllifin fikrincə, iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafı Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edir. Rusiya-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ Vladimir Putinin Rusiya Federasiyası Prezidenti seçilməsi ilə bağlıdır.
 
“Çoxəsrlik dostluq, Rusiya və Azərbaycan xalqlarının həmrəyliyi bütün fəaliyyət sahələrində özünü göstərir və hiss olunur. Hazırda Rusiyada 3,5 milyondan çox həmvətənimiz yaşayır. Onlar Rusiya Federasiyasında fəaliyyətin müxtəlif sahələrinə uğurla inteqrasiya olunublar.
 
Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) əsas vəzifələri azərbaycanlı gənclərin Rusiya cəmiyyətinə inteqrasiyasına, azərbaycanlı və rusiyalı gənclər vasitəsilə Azərbaycan və Rusiya arasında dialoqun qurulmasına və əməkdaşlığın möhkəmləndirilməsinə dəstək olmaqdan ibarətdir. RAGB-nin Rusiya Federasiyası regionlarında 70-dən çox nümayəndəliyi var”, - A.Mürsəliyev yazır.
 
Qeyd edək ki, Araz Mürsəliyev Rusiya Xalqlar Assambleyası Şurasının sədr müavini, Rusiya Federasiyası Prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının eksperti, Rusiya Dövlət Dumasının deputatı, “Yedinaya Rossiya” fraksiyasının üzvü Hacımət Səfərəliyevin köməkçisidir. Həmvətənimizin rəhbərlik etdiyi “Xalqlar dostluğu” Fondu Dövlət Dumasının Millətlərlə İş üzrə Komitəsi, “Rusiya Xalqlar Assambleyası” və Moskva hökuməti ilə birgə bir sıra layihələr həyata keçirir.




2017-11-14 |
2017-11-14 |
2017-11-13 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-07 |
2017-11-07 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved