• Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək
  • Azərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilibAzərbaycanın Bayraq Günü Nyu Yorkda qeyd edilib
  • Həmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri olduHəmvətənimiz Züleyxa İzmayılova Tallinn şəhərinin vitse-meri oldu
  • Yunanıstanda yeni diaspor təşkilatının təqdimatı olubYunanıstanda yeni diaspor təşkilatının təqdimatı olub


Xəbərlər


Malta Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib
2017-04-19 | 15:09 |

Malta Baş naziri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrini qəbul edib

 Maltanın Baş naziri, eyni zamanda 2017-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasına sədrlik edən Cozef Muskat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) həmsədri, Latviyanın eks-prezidenti Vayra Vike-Frayberqanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə martın 16-17-də keçirilmiş V Qlobal Bakı Forumu ilə bağlı geniş müzakirələr aparılıb. Müzakirələrdə Forumun əhəmiyyəti vurğulanaraq qeyd olunub ki, Forum iştirakçıları arasında nüfuzlu şəxslərin sayı ildən-ilə artır və tədbirin gündəliyini daha maraqlı mövzuları təşkil edir. Bu isə bütün dünyanı narahat edən qlobal məsələlərin müzakirəsi və səmərəli dialoq üçün geniş imkanlar açır.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti yüksək qiymətləndirilərək təşkilatla Malta hökuməti arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu əməkdaşlıq çərçivəsində 2018-ci ilin may ayında Malta Baş nazirinin himayəsi altında NGBM-in xüsusi toplantısının keçirilməsinə dair razılıq əldə olunub. Söhbət zamanı Malta hökumətinin Azərbaycanla, eləcə də NGBM ilə münasibətlərin inkişafına önəm verməsi ifadə olunub.  2015-ci ildə keçirilən III Qlobal Bakı Forumunun iştirakçısı olmuş Cozef Muskatla növbəti Foruma  hazırlıq məsələləri də geniş müzakirə olunub. 

Qeyd edək ki, Malta 2017-ci il yanvar ayının 1-dən Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi Slovakiyadan qəbul edib. Malta sədrliyinin əsas prioritetləri kimi Avropa qaçqın problemi ilə bağlı Aİ üzvü olan dövlətlər arasında əməkdaşlıq münasibətlərinin artırılmasını, vahid Avropa bazarının yaradılmasını və s. müəyyən edib. İyul ayında Malta Aİ-də sədrliyi Estoniyaya verəcək.





2017-11-14 |
2017-11-14 |
2017-11-13 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-07 |
2017-11-07 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved