• Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib
  • Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib
  • Azərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edibAzərbaycan nümayəndə heyəti BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda iştirak edib
  •  Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib Mülki azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı Almaniyada mitinq keçirilib


Xəbərlər


Azərbaycan diasporunun üzvləri Niderland deputatları ilə görüşüb
2017-04-20 | 16:05 |

Azərbaycan diasporunun üzvləri Niderland deputatları ilə görüşüb

 "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyinin üzvləri Niderland Parlamentində DENK Partiyasinin liderləri ilə görüşüb. Görüşdə Niderland Parlamentinin türk əsilli millət vəkilləri Tunahan Kuzu, Səlcuk Öztürk, Qadınlar  Birliyinin üzvləri və Rotterdam Erasmus universitetində təhsil alan 3 azərbaycanlı tələbə - Məhəmməd İbrahimov, Bayram Orucov və Mehrab Bağırlı iştirak edib.

Görüş haqqında məlumat verən Birliyin sədri Mayisə Ağamirzəyeva bildirib ki, azərbaycanlılarla türklər üçüncü dövlətin ərazisində də bir-birinin kədərinə və sevincinə şərik olduğu üçün rəhbərlik etdiyim təşkilat adından türk millət vəkilləri Tunahan Kuzu və Səlcuk Öztürkü təbrik etməyi özümüzə borc bildik. Görüşdə Azərbaycan diasporunun təmsilçiləri Niderland Parlamentinin yeni seçilmiş türk əsilli üzvlərini təbrik edib və gələcək fəaliyyətlərində uğurlar diləyiblər.

Millət vəkilləri isə öz növbəsində Qadınlar Birliyinin bu addımını yüksək qiymətləndirdiklərini və belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyini bildiriblər. Görüşdə hər iki xalqın nümayəndələrinin xarici ölkələrdə bir-birinə dəstək olmasının vacibliyi vurğulanıb, Qadınlar Birliyinin uğurlu lobbiçilik fəaliyyəti üçün dəstək göstəriləcəyi ifadə olunub.

Bu ilin mart ayında Niderland Krallığının Parlametinə keçirilən seçkilərlə bağlı məlumat verən M.Ağamirzəyeva bildirib ki, türk əsilli 2 gənc liderin yeni yaratdığı DENK Partiyasından Parlamentdə 3 deputatla təmsil olunur: “Partiyının liderləri artıq bir neçə ildir Hollandiyada siyasətə qoşulublar və ölkənin aparıcı partiyalarından birində fəaliyyət göstəriblər. Seçkilərin başlamasına bir neçə ay qalmış öz partiyalarını yaradan liderlər seçkilərə qatılaraq qələbə qazanıblar”. M.Ağamirzəyevanın sözlərinə görə, partiyanın qısa vaxt ərzində uğur qazanmasının səbəbi təşkilatın Hollandiyada əhalinin sosial həyatına uyğun və ayrımçılığa qarşı fəaliyyət proqramı ilə çıxış etməsi olub. DENK-in platformasında əsas yeri Niderlandda yaşayan milli azlıqların hüquqlarını müdafiə etmək tutur.

Görüşün sonunda DENK Partiyasının arxiv-muzeyinə xatirə hədiyyələri təqdim olunub. 





2017-07-26 |
2017-07-25 |
2017-07-20 |
2017-07-20 |
2017-07-17 |
2017-07-17 |
2017-07-13 |
2017-07-13 |
2017-07-13 |
2017-07-12 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved