• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Moldova azərbaycanlıları ÜAK-ın ləğvindən narahatdır
2017-05-19 | 16:07 |

Moldova azərbaycanlıları ÜAK-ın ləğvindən narahatdır

 Moldova Azərbaycanlıları Konqresi Rusiyada fəaliyyət göstərən Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar bəyanat yayıb. Bəyanatda ÜAK-la bağlı yaranmış vəziyyətə görə Moldova azərbaycanlılarının narahatlığı ifadə olunur. Bildirilir ki, 2001-ci ildə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə yaradılan ÜAK bu illər ərzində ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə öz töhfələrini verib. Bəyanatda həmçinin, ÜAK-ın Rusyada yaşayan azərbaycanlıların mədəni və mənəvi əlaqələrinin qurulması, onların Rusiya cəmiyyətinə inteqrasiyası istiqamətində böyük işlər gördüyü vurğulanır: “16 ildir ki, Ümumrusiya Azərbaycan Konqresinin əsas məqsədi Rusiyada millətlərarası anlaşmanı möhkəmləndirmək və Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi və mədəni əməkdaşlığı inkişafına dəstək göstərməkdir. ÜAK Rusiya qanunları çərçivəsində fəaliyyət göstərərək dini və etnik tolerantlığın möhkəmləndirilməsinə, millətlərarası dostluğun və mədəniyyətlər arasında dialoqun dərinləşıməsinə öz töhfələrini verib” – bəyanatda belə deyilir.

Moldovanın çoxminli Azərbaycan icması Rusiya Federasiyası Ali Məhkəməsinin ÜAK-ın ləğvinə dair qərarından təəssüfləndiyni və narahatlığını bildirir. Moldovadakı Azərbaycan diasporu hesab edir ki, bu qərar strateji partnyorluq əlaqələrinin olduğu Rusiya ilə Azərbaycanın milli maraqlarına uyğun deyil. 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved