• Paris Azərbaycan Evi: Paris Azərbaycan Evi: "ÜAK-la bağlı qərar yanlış və qərəzlidir"
  • Rusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edibRusiyadakı Azərbaycan diaspor fəalı regionlararası konfransda çıxış edib
  • Türkiyədəki Azərbaycan diasporu: Türkiyədəki Azərbaycan diasporu: "ÜAK-ın bağlanması qəbulolunmazdır"
  • İsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edibİsveçrədə yaşayan azərbaycanlılar Rusiyanın dövlət qurumlarına müraciət edib
  • Kanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıbKanada Azərbaycan Tədqiqatları İnstitutu Rusiyanın Xarici İşlər Nazirliyinə məktub ünvanlayıb


Xəbərlər


Baybakov fondu Rusiya Ali Məhkəməsinə müraciət edib
2017-05-19 | 17:31 |

Baybakov fondu Rusiya Ali Məhkəməsinə müraciət edib

Rusiya paytaxtında fəaliyyət göstərən N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğvi ilə əlaqədar Rusiya Federasiya (RF) Ali Məhkəməsinə müraciət edib. Müraciətdə bu ilin aprelində Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və bununla əlaqədar hər iki ölkə başçısının qarşılıqlı ismarışları xatırladılır. Qeyd olunur ki, prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişafına əminliklərini bildirmiş, həmçinin, bu münasibətlərin, çoxşaxəli fəaliyyətin bundan sonra da regionda sülh, sabitlik və tərəqqiyə, xalqlarımızın mənafeyinə xidmət edəcəyini vurğulamışlar. 

N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondunun müraciətində deyilir ki, bütün bunların fonunda Rusiyanın ən böyük ictimai təşkilatının, o cümlədən bizim də 15 ildir əməkdaşlıq etdiyimiz ÜAK-ın qeydiyyatının RF Ali Məhkəməsi tərəfindən ləğvi dərin təəssüf doğurur.

“Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərdiyi müddətdə  Rusiya Federasiyasının qanunlarına riayət edib. Sosial-siyasi sabitlik, Rusiyanın siyasi sisteminə sədaqət, Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ÜAK-ın prioritet vəzifələri olub”.

N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu hesab edir ki, Ümumrusiya Azərbaycan Konqresinin ləğv edilməsi haqqında qərar ciddi siyasi və strateji səhvdir: “Biz ümid edirik ki,  Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının - ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək”. 





2017-05-23 |
2017-05-23 |
2017-05-23 |
2017-05-22 |
2017-05-22 |
2017-05-22 |
2017-05-19 |
2017-05-19 |
2017-05-19 |
2017-05-19 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved