• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


Polşadakı azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçirib
2017-07-12 | 15:19 |

Polşadakı azərbaycanlı gənclər Ermənistan səfirliyi qarşısında aksiya keçirib

İyulun 8-də Polşada fəaliyyət göstərən Azərbaycanlı Gənclər Şurası tərəfindən Ermənistanın Varşavadakı səfirliyi qarşısında aksiya keçirilib. Ermənistan silahlı qüvvələrinin iki Azərbaycan mülki şəxsini öldürməsi və Azərbaycanın Dağlıq Qarabağ regionunda təcavüzü davam etdirməsinə etiraz məqsədilə keçirilən aksiyada Polşada yaşayan Azərbaycanlı gənclər iştirak edib.

Aksiyada çıxış edənlər xarici ölkələrdə, o cümlədən Polşada yaşayan azərbaycanlıların baş vermiş hadisədən sarsıldığını, dünya birliyindən bu faciəyə ədalətli qiymət verilməsini gözlədiklərini bildiriblər. Bildirilib ki, bu hüznlü hadisə bütün dünya azərbaycanlılarının kədər və hiddətinə səbəb olmuşdur. Etirazçılar Füzulinin Alıxanlı kənd sakinləri - 50 yaşlı Sahibə Allahverdiyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi, Ermənistanın təcavüzü və Qarabağın azərbaycanlı əhalisinə qarşı törədilən etnik təmizləmə ilə bağlı məlumatların əks olunduğu bukletləri şəhər sakinlərinə paylayıblar.

İştirakçılar Ermənistan ordusunun işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması, dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşılması, girovların dərhal azad edilməsi üçün beynəlxalq birliyi Ermənistan dövlətinə təzyiq göstərməyə çağırıblar.

Aksiyanın sonunda Polşadakı azərbaycanlı gənclər adından etiraz bəyanatı səfirliyin poçt qutusuna atılıb.

 





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved