• Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilibAzərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
  •  Prezidentlərin övladları Azərbaycana gələcək Prezidentlərin övladları Azərbaycana gələcək
  • Türkiyənin diplomatik jurnalı Zəhradan yazıbTürkiyənin diplomatik jurnalı Zəhradan yazıb
  • Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir  Azərbaycan və Gürcüstanın gənclər təşkilatları arasında əlaqələr genişlənir
  • Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçiribAzərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyi qarşısında etiraz aksiyası keçirib


Xəbərlər


Türkiyənin diplomatik jurnalı Zəhradan yazıb
2017-08-09 | 16:01 |

Türkiyənin diplomatik jurnalı Zəhradan yazıb

 Türkiyə Azərbaycan Dərnəyinin sədr müavini Gəncəxan Babişin Ermənistan ordusu tərəfindən öldürülən Zəhra və cəbhə xəttindəki son zamanlar yaşanan gərginliklərə həsr olunmuş məqaləsi Türkiyədə türk və ingilis dillərində yayımlanıb.

G.Babiş məqaləsində erməni terroruna məruz qalan azərbaycanlı uşaqlara da toxunub. “Xocalıdan Füzuliyə erməni terrorunun son uşaq qurbanı: Zəhra” başlıqlı məqalə “Diplomatik Gözlem” və “Diplomatic Observer” jurnallarınlarınıən avqust nömrəsində çap olunub.

 G.Babiş yazısında Zəhranın Ermənistan tərəfindən qətlə yetirilən ilk azərbaycanlı uşaq olmadığını vurğulayaraq Xocalıdakı erməni vəhşiliyinin Füzulidə davam etdirildiyini  bildirib: “2011-ci ildə Ermənilər tərəfindən Tovuz çayına buraxılan içi partlayıcılarla dolu olan oyuncağı Əlibəyli kəndindən 13 yaşlı  Aygün Şahmalıyevanın götürməsi və oynayarkən partlaması nəticəsində uşağın ölməsi və anasının yaralanması unudulmayıb. Daha sonra həmin ildə Ağdamda 9 yaşlı Fariz Bədəlov isə erməni snayper tərəfindən vurularaq öldürülüb. Bundan başqa, ermənilər tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixə qara ləkə kimi düşən beşikdəki körpələrin qətl edildiyi Xocalı soyqırımında 25 il sonra yenə 2 yaşlı məsum körpə bu dəfə Füzulidə erməni vandalizminin qurbanı olub. Göründüyü kimi, Xocalıdakı vəhşiliklər hələ də davam etməkdədir”.

 Yazısında 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycanın böyük uğur qazandığını və Ermənistanın xaricdən asılı vəziyyətdə olduğunu da ifadə edən G.Babiş məqaləsində yazır: “Keçən ilin aprel ayında Ermənistanla Azərbaycan Silahlı Qüvvələri arasındakı gərginliyin müharibəyə çevrildiyi zaman Azərbaycanın cəbhədəki qət etdiyi məsafə və geri alınan torpaqlar, gələcəyə olan ümidləri artırıb, ictimai həmrəyliyi gücləndirib”.

 Türkiyə və beynəlxalq mətbuat orqanlarını də şərh edən gənc analitik yazısında erməni terroru səbəbindən  məsum körpələrin öldürülməsi faktının insanlara çatdırılmasının vacibliyini ifadə edib. BMT kimi beynəlxalq təşkilatlarda Azərbaycanın məsələ ilə bağlı açıqlamalarından və cavablarından sitat gətirən G.Babiş qeyd edib ki, bir neçə ay əvvəl Egey dənizi sahillərində Aylanın cansız bədənini çox sonradan görən dünya, Tovuz çayının sahilindəki Aygün kimi, Füzulidəki Zəhranın qətlə yetirilməsini də sadəcə izləyərsə bu cür hadisələr davam edəcək. Təəssüf ki, Alxanlı kəndindən 2 yaşlı balaca Zəhranın Ermənistan dövlətinin terrorunun son qurbanı olması dünya ictimaiyyətinin gündəminə Aylan qədər gəlməyib. Avropa ölkələrinin bəzilərindən millət vəkili səviyyəsində mesajlar gəlsə də daha çox səy göstərilməsinə ehtiyac vardı. Ermənistanın əsassız iddialarla məşğul olması və bu yaşananları da inkar etməsi  nəzərə alındıqda bu məsələ ilə daha ciddi məşğul olmağın vacibliyi ortaya çıxır. Bunun üçün sosial mediada kampaniyalarla yanaşı, siyasi, sosial, akademik səviyyələrdə Zəhralar, Aygünlər və Farizlər daha çox diqqətə çatdırılmalıdır” .

 





2017-08-17 |
2017-08-17 |
2017-08-09 |
2017-07-26 |
2017-07-25 |
2017-07-20 |
2017-07-20 |
2017-07-17 |
2017-07-17 |
2017-07-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved