• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


Xəbərlər


Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib
2017-08-17 | 17:51 |

Azərbaycan Qılıncoynatma Federasiyasının hesabat-seçki konfransı keçirilib

 Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Hesabat-seçki konfransında Federasiya rəhbərliyinin hesabatı dinlənilib, ötən dövr ərzində görülən işlər, federasiyada baş vermiş idman və ictimai xarakterli hadisələr geniş müzakirə olunub.

Daha sonra gündəliyə uyğun olaraq, Federasiyanın rəhbər orqanlarına seçkilər keçirilib, İcraiyyə Komitəsinin yeni tərkibi təsdiq olunub. 

Hesabat-seçki konfransında iştirak edən üzvlərin səsverməsi əsasında Nazim İbrahimov yekdilliklə yenidən federasiyanın prezidenti seçilib.

Daha sonra hesabat-seçki konfransında vitse-prezident, baş katib və nəzarət-təftiş komissiyasının üzvləri seçilib. Ramin Məmmədov Federasiyanın vitse-prezidenti, Asəf Məlikov baş katibi, İslam Rəhimov, Elxan Əhmədov, Sudeyif Quliyev isə nəzarət- təftiş komissiyasına üzv seçiliblər.

Federasiyanın Prezidenti Nazim İbrahimov çıxış edərək, ötən dövr ərzində Azərbaycanın idmanın inkişafı sahəsində qazandığı yüksək nailiyyətlər barədə danışıb, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmana yüksək qayğı və diqqət göstərdiyini vurğulayıb.

Federasiya rəhbəri yeni seçilmiş heyətə Qılıncoynatma Federasiyasının yeni fəaliyyət planının hazırlanması, növ üzrə milli komandaların yarış və təlim-məşq prosesinin hazırlanması, Beynəlxalq Qılıncoynatma Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi ilə bağlı tapşırıqlarını verib.

Qeyd edək ki, hesabat-seçki konfransında Gənclər və İdman Nazirliyinin nümayəndəsi Yaşar Rzayev, Milli Olimpiya Komitəsinin nümayəndəsi Nazir Rəhimov, “Neftçi” İdman -Sağlamlıq Klubunun təmsilçisi Elmir Babanlı və digər təşkilatların nümayəndələri iştirak edib. 





2018-04-26 |
2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved