• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Xəbərlər


Diaspor nümayəndəsi Finlandiyanın Azərbaycandakı səfiri ilə görüşüb
2017-09-07 | 17:16 |

Diaspor nümayəndəsi Finlandiyanın Azərbaycandakı səfiri ilə görüşüb

 Finlandiya-Azərbaycan “Dostluq” Cəmiyyətinin sədri Təranə Nəzərova Finlandiyanın Xarici İşlər Nazirliyində Finlandiyanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arya Makkonenlə görüşüb.

Görüş zamanı T.Nəzərova “Dostluq” cəmiyyətinin fəaliyyəti haqqında geniş məlumat verib, cəmiyyətin 15 il ərzində  Finlandiyada yaşayan azərbaycanlıların yerli ictimaiyyətə, o cümlədən ölkənin mədəni həyatına inteqrasiyasında mühüm rol oynadığını qeyd edib.

Cəmiyyət sədri Finlandiyada yaşayan azərbaycanlıların daim doğma Vətənin - Azərbaycanın milli maraqlarını müdafiə etməyə çalışdığını, ölkələrini Finlandiyada tanıtmaq üçün çoxsaylı layihələr həyata keçirdiklərini diqqətə çatdırıb. O, qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Finlandiya ictimaiyyətinə çatdırılması “Dostluq” cəmiyyətinin fəaliyyətinin prioritet istiqamətini təşkil edir. T.Nəzərova, eyni zamanda bildirib ki, Finlandiyada yaşayan azərbaycanlılar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasəti hər zaman dəstəkləyir.

Arya Makkonen öz növbəsində bildirib ki, iki ölkə arasındakı siyasi əlaqələr möhkəmlənir, iqtisadi və mədəni əlaqələr uğurla inkişaf etməkdədir.

Görüşün sonunda T.Nəzərova Arya Makkoneni “Dostluq” cəmiyyətinin yubileyinə dəvət edib.





2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved