• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Xəbərlər


Serbiyadakı Azərbaycan diaspor təşkilatı bəyanat yayıb
2017-09-11 | 17:12 |

Serbiyadakı Azərbaycan diaspor təşkilatı bəyanat yayıb

 Serbiyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi son dövrlər bəzi xarici kütləvi informasiya vasitələrində, o cümlədən “The Guardian” və “The Washington Post” qəzetlərində Azərbaycan əleyhinə dərc edilmiş məqalələrlə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki,  bu məqalələr ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsidir və məqsəd Azərbaycanın beynəlxalq nüfuzuna zərbə vurmaqdır. Məqalələrdə əksini tapmış böhtan xarakterli məlumatların Corc Soros və erməni dairələri tərəfindən maliyyələşdirilən, qeyri-şəffaf məqsədlər üçün yaradılmış “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatına istinadən verilməsi kampaniyanın kifayət qədər qərəzli olduğunu bir daha təsdiqləyir.

“Azərbaycan regionun yeganə ölkəsidir ki, müstəqil siyasət yürüdərək regional təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verir, eyni zamanda iqtisadiyyatını, hərbi qüdrətini artıraraq regionda aparıcı dövlətə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü və müdrik siyasətin uğurlu nəticəsidir ki, ölkəmizdə dünya standartlarına uyğun azad, plüralist media formalaşıb. Diqqətə çatdırılır ki, ölkəmizin sürətli inkişafı, Azərbaycanın uğurlu dövlət kimi özünü təsdiq etməsi, modern, tolerant cəmiyyət imici antiazərbaycan və islamofob dairələri narahat edir. “Biz, Serbiyada yaşayan azərbaycanlılar, Azərbaycan Respublikası Prezidentinin uğurlu daxili və xarici siyasətini alqışlayır, ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara kölgə salmaq istəyən siyasi qüvvələrə qarşı mübarizədə səylərimizi əsirgəməyəcəyik”- deyə bəyanatın sonunda bildirilir.





2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved