• ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür
  • Fuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşübFuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb


Xəbərlər


Parisdə Azərbaycan dili dərslərinin tədrisnə başlanılıb
2017-09-12 | 11:08 |

Parisdə Azərbaycan dili dərslərinin tədrisnə başlanılıb

 Paris Azǝrbaycan Evi Azǝrbaycanın Fransadakı Səfirlyinin dəstəyi ilə Paris və Paris ətrafında yaşayan məktəblilər üçün həftəsonu Azərbaycan dili dərslərinin tədrisini bu il də davam etdirəcək. Artıq 4 ildir fəaliyyət göstərən həftəsonu məktəbində yeni tədris ilininin ilk dərsi keçirilib. Azərbaycan Evinin sədri, məktəbin direktoru Mirvari Fətəliyeva yeni dərs ilinin başlaması münasibətilə uşaqları və valideynləri təbrik edərək Azərbaycan dili  dərsləri haqqında məlumat verib. Eyni zamanda, bu ölkədə doğulub böyümüş azərbaycanlı uşaqların gələcəkdə milli mənsubiyyət  problemlərinin yaranmaması üçün, doğma ölkələrinə bağlılığını təmin etmək məqsədilə həftəsonu dərslərinin rolunun böyük olduğunu qeyd edib.

 

Vǝtǝndǝn kǝnarda dilimizin öyrənilməsi uçun hǝyata keçirilǝn bu layihǝ Azǝrbaycan mǝdǝniyyǝtini tǝbliğ edǝn Paris Azǝrbaycan Evinin uğurlu layihǝlǝrindǝn biridir. Dərslərdə şagirdlərə Azərbaycan dili və ǝdəbiyyatı, tarixi, coğrafiyası, həmçinin zǝngin mədəniyyəti tədris olunur. 

Dərslər iki sinifdən ibarət olaraq 5-12 yaşlı uşaqlar üçün nəzərdə tutulub . Təmənnasız olaraq keçirilən dərsləri saat yarım ərzində  Mehri Quliyeva və Nazilə Şəfiyeva tədris edir.

Tədris ilinun ilk günündə şagirdlərə dərsliklər, dərs ləvazimatları paylanılıb, dərsin mövzusu isə dövlət atributlarına və ana dili qrammatikasına həsr edilib.





2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
2018-05-17 |
2018-05-16 |
2018-05-16 |
2018-05-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved