• Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilibAlmaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib
  • Belarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıbBelarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
  • Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilibTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilib
  • Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcəkMoldova Prezidenti İqor Dodon Azərbaycana gələcək
  • Diaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdıDiaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdı


Xəbərlər


ÜAK Azərbaycan əleyhinə yayılmış məlumatla bağlı bəyanat yayıb
2017-09-12 | 11:12 |

ÜAK Azərbaycan əleyhinə yayılmış məlumatla bağlı bəyanat yayıb

 Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) xarici kütləvi informasiya vasitələrində ölkəmiz əleyhinə yayılmış məlumatla bağlı bəyanat yayıb. Bəyanatda “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) təşkilatına istinadən yayılmış materialların tamamilə əsassız, qərəzli və təxribat xarakterli olduğu qeyd edilib.

“Burada əsas məqsəd Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə xələl gətirməkdir. Məhz bu təşkilat əvvəllər də Azərbaycan əleyhinə yalançı və qərəzli materialları hazırlayaraq ABŞ, Böyük Britaniya, Almaniya, Danimarka və digər ölkələrin kütləvi informasiya vasitələrində yayılmasını təmin edib”- deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, Azərbaycana qarşı dərc edilmiş məqalənin müəlliflərindən birinin Dina Naqapetyan adlı erməni əsilli şəxsin olması bir daha sübut edir ki, bu çirkin ittihamların arxasında erməni lobbisi dayanır.

“Biz, Rusiyada yaşayan azərbaycanlılar Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətini alqışlayır, ölkəmizin  beynəlxalq aləmdə qazandığı uğurlara kölgə salmaq istəyən siyasi qüvvələrə qarşı mübarizədə səylərimizi əsirgəməyəcəyimizi bəyan edirik”- deyə bəyanatın sonunda bildirilir.

 

 





2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-21 |
2018-02-19 |
2018-02-19 |
2018-02-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved