• Parisdə erməni təxribatının qarşısı alınıbParisdə erməni təxribatının qarşısı alınıb
  • Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilibTeymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
  • Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlamasıDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlaması


Xəbərlər


Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayıb
2017-09-12 | 11:22 |

Türkiyədəki Azərbaycan diaspor təşkilatları bəyanat yayıb

 Türkiyədə fəaliyyət göstərən Türkiyə Azərbaycan Dərnəklər Federasiyası “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” (OCCRP) layihəsinin “hesabatı” ilə bağlı etiraz bəyanatı yayıb.

Bəyanatda qeyd edilir ki, son günlər bəzi xarici ölkələrin kütləvi informasiya vasitələrində Azərbaycan haqqında əsası olmayan materialların yayılması ölkəmiz əleyhinə qarayaxma kampaniyasının tərkib hissəsidir: “The Guardian” və “The Vaşiqnton Post” qəzetlərində dərc edilən məqalələrin hamısı uydurmadır, qərəzli düşüncənin məhsuludur.

Bunların arxasında beynəlxalq aləmdə saxtakar, fırıldaqçı, yalançı imicini qazanan qüvvələr dayanır. Belə qüvvələrlə əlbir olan erməni lobbisi Azərbaycana qarşı mütəmadi olaraq çirkin kampaniya aparır. Azərbaycan əleyhinə dərc edilmiş məqalənin müəlliflərindən birinin erməni əsilli şəxs olması kampaniyanın erməni lobbisinin dəstəyi ilə həyata keçirildiyini göstərir.

“Azərbaycan gənc dövlət olmasına baxmayaraq, müstəqil xarici və daxili siyasət aparır. Ərazisinin iyirmi faizi Ermənilər tərəfindən işğal edilmiş və bunun nəticəsində 1 milyondan artıq vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Baş verənlərə dünya ictimaiyyəti eləcə də, “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” (OCCRP) adlanan təşkilat heç bir formada reaksiya verməyib”- deyə bəyanatda vurğulanır.

TADEF üzvləri bəyanatda Azərbaycan Prezidentinin siyasətini dəstəklədiklərini, doğma Vətənin milli maraqlarının müdafiəsi üçün hər cür fədakarlığa hazır olduqlarını vurğulayıblar.

 





2017-09-22 |
2017-09-21 |
2017-09-20 |
2017-09-20 |
2017-09-19 |
2017-09-15 |
2017-09-15 |
2017-09-14 |
2017-09-13 |
2017-09-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-09-29
TÜRKDİLLİ XALQLARIN DİASPORLARI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved