• Parisdə erməni təxribatının qarşısı alınıbParisdə erməni təxribatının qarşısı alınıb
  • Teymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilibTeymur Rzayev Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki seçilib
  • Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”Nüsrət Məmmədov: “Bu Azərbaycana qarşı təxribatın davamıdır”
  • Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edibMoldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
  • Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlamasıDiasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun açıqlaması


Xəbərlər


Rumıniya azərbaycanlıları bəyanat yayıb
2017-09-12 | 11:35 |

Rumıniya azərbaycanlıları bəyanat yayıb

 Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyası Azərbaycan əleyhinə xarici mediada yayılmış məqaləyə etiraz əlaməti olaraq bəyanat yayıb. Bəyanatda bildirilir: ”Son zamanlar Azərbaycana qarşı bəzi xarici mətbuat orqanlarında, o cümlədən “The Guardian” və “The Washington Post” qəzetlərində dərc edilmiş məqalələr vasitəsi ilə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının məqsədi Azərbaycanın imicini zədələmək və onun haqqında mənfi beynəlxalq rəy formalaşdırmaqdır. Məqalələrdə əksini tapmış məlumat böhtan xarakterlidir”.

Bəyanatda qeyd olunur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində vətəndaş cəmiyyəti quruculuğunu inkişaf modeli seçən Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi rolunu oynayır. Bildirilir ki, Azərbaycan Respublikasının sürətli inkişafı, müstəqil daxili və xarici siyasəti bəzi maraqlı dairələri, xüsusilə Ermənistan və erməni lobbisini ciddi narahat edir. Bu kampaniyanın geniş yayılmasında da erməni lobbisi, onun təsiri altında olan anti-Azərbaycan qüvvələri yaxından iştirak edirlər.

"Biz, Rumıniyada yaşayan azərbaycanlılar bir daha bəyan edirik ki, ölkəmizə qarşı qarayaxma kampaniyasının tərkib hissəsi kimi xarici KİV-də dərc edilmiş məqalələr qərəzlidir, əsassızdır, təxribat xarakterlidir və Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil olunub." - deyə Rumıniya azərbaycanlılarının yaydığı bəyanatda vyrğulanır. 





2017-09-22 |
2017-09-21 |
2017-09-20 |
2017-09-20 |
2017-09-19 |
2017-09-15 |
2017-09-15 |
2017-09-14 |
2017-09-13 |
2017-09-13 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved