• Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib
  • Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edibAzərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib


Xəbərlər


Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri Ukrayna parlamentinin üzvləri ilə görüşüb
2017-09-12 | 17:51 |

Avropa Azərbaycanlıları Konqresinin nümayəndələri Ukrayna parlamentinin üzvləri ilə görüşüb

Bu gün Ukraynanın paytaxtı Kiyevdə Avropa Azərbaycanlıları Konqresinin (AAK) toplantısı keçirilir. Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvləri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Ukraynadakı Səfirliyinin nümayəndələri, diasporumuzun fəalları və bir sıra yerli rəsmi dövlət orqanlarının təmsilçiləri iştirak edir. Toplantıda AAK-ın 2017-2019-cu illər üçün fəaliyyət proqramı, son vaxtlar Azərbaycana qarşı aparılan kampaniyalarla mübarizə metodlarının müzakirə edilməsi nəzərdə tutulur.

Tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Kiyevdə ucaldılmış abidəsi önünə çiçəklər qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra isə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) təşəbbüsü ilə AAK nümayəndələrinin Ali Radada Ukrayna parlament təmsilçiləri arasında görüş keçirilib. Görüşdə Ukrayna Ali Radasının deputatı, Azərbaycan-Ukrayna Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Maksim Kuryaçiy iki ölkə arasındakı diplomatik münasibətlərin  25 ilinin tamam olduğunu vurğulayaraq, Ukraynanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu, Ukraynanın hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyü dəstəklədiyini, ölkəsinin bu məsələdə qətiyyətli mövqeyini davam etdirəcəyini deyib. O həmçinin bildirib ki, Azərbaycan və Ukraynanın xarici ölkələrdəki diaspor təşkilatları birgə mübarizə aparmalıdır.

Görüşdə daha sonra Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan və Ukrayna icmaları arasında qarşılıqlı dostluq əlaqələrinin qurulması, hər iki ölkənin Avroatlantik məkana inamlı inteqrasiya siyasətinin yürüdülməsində birgə layihələrin həyata keçirilməsi məsələləri geniş müzakirə olunub.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, BUAK və Ukrayna Millətlər Assambleyasının sədri Rövşən Tağıyev və başqaları çıxış edərək Ukrayna ilə Azərbaycan arasında tarixi dostluq əlaqələrindən söz açıb, beynəlxalq arenada etibarlı tərəfdaşlar kimi tanınan ölkələrimizin dünya miqyasında bir-birinə dəstək vermələrinin əhəmiyyətini vurğulayıblar.

 





2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved