• Brüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilibBrüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilib
  • Bu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilibBu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
  • Brüsseldə Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
  • Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək


Xəbərlər


Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib
2017-09-14 | 11:24 |

Türkiyə nümayəndə heyəti Quba soyqırımı məzarlığını ziyarət edib

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İS-TAD) sədri Səfər Karaqoyunlunun rəhbərliyi ilə Azərbaycanda səfərdə olan nümayəndə heyəti Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət edib. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında fəal iştirak edən dərnəyin üzvlərinə ermənilərin törətdiyi soyqırımı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd erməni daşnakları tərəfindən tamamilə məhv edilib. Quba şəhəri talana və yanğınlara məruz qalıb, buradakı müsəlman və qismən də yəhudi əhali kütləvi qətlə yetirilib.

Türkiyəli qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra arxeoloq və etnoqrafların kütləvi məzarlıqda aparıdığı geniş tədqiqat işləri nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Məzarlıqda gördüklərindən təsirlənən qonaqlar bu faktların dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün Türkiyə və Azərbaycan ictimaiyyətinin birgə fəaliyyətinin vacibliyini vurğulayıblar. S.Karakoyunlu bildirib ki, əsassız erməni soyqırımı iddiaları ilə çıxış edənlər bircə məzar göstərə bilmədiyi halda, 16 min insanın cəsədinin olduğu bu məzarlıq əsl soyqırıma kimin uğradığını bir daha sübut edir.

Kütləvi məzarlıqdan sonra qonaqlar Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olub və xatirə kitabına ürək sözlərini yazıblar.

Qeyd edək ki, sentyabrın 9-dan Azərbaycanın regionlarında səfərdə olan nümayəndə heyəti bu gün və sabah Bakıda paytaxtın erməni-bolşevik işğalından azad olunmasının 99-cu ildönümü ilə bağlı anım mərasimlərində iştirak edəcək.

 





2017-11-21 |
2017-11-20 |
2017-11-20 |
2017-11-14 |
2017-11-14 |
2017-11-13 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved