• Soydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülübSoydaşımız Qazaxıstanda yüksək fəxri ada layiq görülüb
  • Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib


Xəbərlər


Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib
2017-09-20 | 13:51 |

Moldova azərbaycanlıları xarici mediada Azərbaycan haqqında yazılanlara etiraz edib

 Moldova Azərbaycanlıları Konqresi xarici mediada Azərbaycan haqqında yayılmış materallarla bağlı bəyanat yayaraq narahatlığını və etirazını bildirib. Bəyanatda qeyd edilir ki, “The Organized Crime and Corruption Reporting Project” təşkilatının hesabatı əsasında Azərbaycanın əleyhinə hazırlanmış və ” Washington Post”, “The Guardian”, eləcə də digər Avropa qəzetlərində dərc olunmuş yazılar qərəzli xarakter daşıyır.

“Məlumdur ki, bu yazıların arxasında Azərbaycana və onun rəhbərliyinə qarşı çıxan beynəlxalq aləmdə fırıldaqçı, yalançı, saxtakar imici ilə tanınmış Corc Soros və onunla birgə fəaliyyət göstərən, Azərbaycan əleyhinə çirkin kampaniya aparan erməni lobbisi dayanır” – bəyanatda belə deyilir.

Bəyanatda daha sonra deyilir ki, Azərbaycan əleyhinə olan bu qüvvələrin cəhdləri heç bir nəticə verməyib: ““The Guardian” qəzetindəki məqalənin müəlliflərindən birinin erməni Dina Naqapetyan olması bir daha bu iftiraların ermənipərəst qüvvələrin növbəti iyrənc əməli olduğunu sübut edir”.

Moldova azərbaycanlıları icması Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəklədiyini bəyan edərək bildirir ki, ölkəmizin uğurlarını beynəlxalq aləmdə kiçiltməyə çalışan siyasi qüvvələrlə mübarizədə səylərini əsirgəməyəcəklər. 





2017-12-15 |
2017-12-13 |
2017-12-13 |
2017-12-13 |
2017-12-12 |
2017-12-12 |
2017-12-12 |
2017-12-08 |
2017-12-08 |
2017-12-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved