• Milanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olubMilanda keçirilən beynəlxalq rəqs müsabiqəsində soydaşımız qalib olub
  • Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib


Xəbərlər


Düsseldorfda Müslüm Maqomayevə həsr olunan mədəniyyət axşamı keçirilib
2017-09-26 | 15:22 |

Düsseldorfda Müslüm Maqomayevə həsr olunan  mədəniyyət axşamı keçirilib

 Almaniyanın Düsseldorf şəhərindəki Robert Şuman Konsert Zalında SSRİ xalq artisti, dünya şöhrətli müğənni Müslüm Maqomayevin anadan olmasının 75-ci ildönümünə həsr olunan mədəniyyət axşamı keçirilib.

Tədbir Düsseldorf şəhərinin meriyasının himayəsi altında Müslüm Maqomayev Mədəniyyət Fondu ilə tərəfdaşlıqda Azərbaycanın Almaniyadakı diasporunun təmsilçisi Lalə Süleymanovanın rəhbərlik etdiyi “Pinocchio e.V.” cəmiyyəti tərəfindən təşkil edilib.

Tədbirdə Nordrayn Vestfaliya əyalətinin deputatları Filip Taser və İonis Vatalis, Düsseldorf Əcnəbilər Şurasının sədri Katarina Kabata, Müslüm Maqomayev Fondunun baş direktoru Marqarita Kosareva, Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri Marat Kəngərlinski, Rusiyanın Düsseldorfdakı baş konsulunun müavini Valeriy Sidorov qonaq qismində iştirak ediblər.

Açılış mərasimində çıxış edən qonaqlar Müslüm Maqomayevin həyat və yaradıcılığı, müğənnilik istedadı haqqında söhbət açıb, ürək sözlərini bölüşüblər.

Konsertdə “Xəzər virtuozları” kamera orkestrinin müşayiəti ilə opera solistləri İlham Nəzərov, Dəmir və Tatyana Zakirovların ifalarında dünya korifeylərinin əsərlərindən və Müslüm Maqomayevin repertuarından mahnılar səslənib. Çexiyada yaşayan şair Leyla Cəfərova isə dünya şöhrətli müğənninin xatirəsinə həsr etdiyi şeirini oxuyub. Konsert boyu Müslüm Maqomayevin məşhur mahnılarının videoyazıları nümayiş etdirilib.

Sonda Müslüm Maqomayev Fondunun prezidenti, mərhum müğənninin həyat yoldaşı Tamara Sinyavskaya çıxış edərək təşkilatçılara, ifaçılara və qonaqlara dərin minnətdarlığını bildirib.

 

AZƏRTAC





2018-04-26 |
2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved