• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub
2017-09-26 | 17:52 |

Azərbaycan Beynəlxalq Qastronomiya festivalında təmsil olunub

 Azərbaycanın Dostları Assosiasiyası və Azərbaycan Evinin  təşkilatçılığı ilə Parisdə "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə Azərbaycan da təmsil olunub. Fransa paytaxtında keçirilən bu genişmiqyaslı tədbirdə 40-dan çox ölkə iştirak edib. Şəhərciyin məqsədi Fransada, xüsusilə Parisdə - müxtəlif millətlərin coxluq təşkil etdiyi bir şəhərdə tolerantlıq və multikulturalizmin daha da möhkəmlənməsi, xalqlar arasında mədəni irs mübadiləsinin genişlənməsinə  xidmət etməkdir.

Şəhərciyin açılışında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, Paris Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva, Paris meriyasının nümayəndələri, müxtəlif kulinariya assosiasiyaları, məşhur aşpazlar, eləcə də iştirakçı ölkələrin səfirləri və rəsmi nümayəndələri iştirak edib.

Sena çayınınn sahilində 3 gün davam edən tədbir zamanı Azərbaycana məxsus olan pavilyon şəhərciyin ən çox ziyarət olunan məkanlarından biri olub. Milli üslubda bəzədilmiş pavilyonda milli mətbəximizdən nümunələr, dadlı-ləzzətli xörəklər, şirniyyat və içkilərin dequstasiyası və satışı həyata keçirilib. Zəngin mədəni irsimizdən nümunələr, geyim və bəzək əşyaları, milli sənətkarlıq nümunələri nümayiş olunub. Pavilyonda milli yeməklərimizin hazırlanmasının birbaşa təqdimatı ziyarətçilərin diqqətini çəkib.

« Beynəlxalq Qastronomiya şəhərciyi» təşkil olunmuş musiqi proqramında iştirakçı ölkələr milli musiqi və rəqslərini təqdim ediblər. Parisdə Azərbaycan məktəbinin şagirdləri «Uzundərə», «Naz eləmə» və digər Azərbaycan rəqslərini ifa ediblər.

Qeyd edək ki, Azərbaycan iki ildir "Beynəlxalq Qastronomiya şəhərciyi"ndə təmsil olunur. 





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved