• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


Xəbərlər


Cahangir Novruzova həsr olunan sənədli filmin təqdimatı keçirilib
2017-09-27 | 12:44 |

Cahangir Novruzova həsr olunan sənədli filmin təqdimatı keçirilib

 Türkiyənin Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə bu şəhərdə keçirilən  XXIV Beynəlxalq Adana Film Festivali çərçivəsində Azərbaycanın Əməkdar İncəsənət Xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru,  Adana Azərbaycan Kültür və Dayanışma Dərnəyinin sədr müavini Cahangir Novruzov haqqında "2 Dil 1 Harmoni" adlı bioqrafik sənədli filmin təqdimatı olub.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Sinema İdarəsi Müdirliyinin sifarişi ilə çəkilən filmin quruluşçu rejissoru və prodüsseri əslən azərbaycanlı olan hazırda Türkiyədə yaşayan Nəcibə Abbasovadır.

Filmdə Cahangir Novruzovun həyat və yaradıcılığından, onun ailə kökləri, babası Cahangir Zeynalov, anası, Azərbaycanın görkəmli sənətkarı Nəsibə Zeynalova və 130 ildir Azərbaycan səhnəsində olan ailə şəcərəsindən bəhs edilir. Filmdə həm Türkiyə, həm də Azərbaycanın tanınan mədəniyyət və incəsənət xadimləri Cahangir Novruzov barədə ürək sözlərini söyləyiblər.  Sənədli filmin Rusiya, Türkiyə və Azərbaycanda nümayişi nəzərdə tutulub. Türk dilində çəkilən film ingilis dilində subtitrlərlə təqdim edilib. "2 Dil 1 Harmoni" filminin festivallara təqdim edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, sentyabrın 24-də başlayan Adana film festivalı oktyabrın 1-də başa çatacaq və hər il olduğu kimi bu il də festivalda 5 kateqoriya üzrə 30 “Altın Koza”  mükafatı sahiblərinə təqdim ediləcək.

 





2017-10-16 |
2017-10-16 |
2017-10-13 |
2017-10-09 |
2017-10-09 |
2017-10-06 |
2017-10-03 |
2017-10-02 |
2017-10-02 |
2017-10-02 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved