• Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilibDünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
  • Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Azərbaycan Odlar Yurdu" adlı tədbir keçirilib
  •  Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib Frankfurt Beynəlxalq Kitab Sərgisi çərçivəsində Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
  • Oktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündürOktyabrın 9-u dövlətimizin başçısı İlham Əliyevin üçüncü dəfə Prezident seçildiyi gündür
  • "The Jerusalem Post" qəzetində "Ermənistan Cənubi Qafqazda yox olmaq həddinə çatmış dövlətdir" adlı məqalə dərc olunub


Xəbərlər


Azərbaycan musiqisi Niderlandda tanıdılır
2017-09-28 | 12:57 |

Azərbaycan musiqisi Niderlandda tanıdılır

 Niderland Krallığında fəaliyyət göstərən “Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyəti bəstəkar, Azərbaycanın xalq artisti Tofiq Bakıxanovun musiqi əsərlərini Hollandiyanın Haaqa və Groningen konservatoriyalarına təqdim edib.

Cəmiyyətin sədri Frəngiz Bağırova bildirib ki, Azərbaycan musiqini yerli musiqi ictimaiyyətinə tanıtmaq və təbliğ etmək məqsədilə T.Bakixanovun orkestr, fleyta və piano üçün əsərləri Hollandiyanın iki ən böyük musiqi ocağına verilib. Onun sözlərinə gorə, Azərbaycanın görkəmli bəstəkarının əsərləri böyük maraqla qarşılayan Haaqa və Groningen konservatoriyalarının rəhbərliyi Tofiq Bakıxanova təşəkkür məktubu ünvanlayıblar.  

 “Odlar Yurdu” Azərbaycan-Niderland Cəmiyyəti Hollandiyada Azərbaycanı, onun tarixini, mədəniyyətini, musiqisini gənc nəslə tanıtmaq məqsədilə belə layihələri davam etdirmək niyyətindədir. Belə ki, yaxın vaxtlarda Azərbaycan musiqisinin digər görkəmli nümayəndələrinin əsərlərini ölkənin musiqi təhsili verən məktəblərinə, həmçinin kitabxanalarına təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, artıq 10 ildir fəaliyyət göstərən “Odlar Yurdu” Cəmiyyəti bu müddət ərzində ölkəmizin Avropanın aparıcı dövlətlərindən biri olan Niderlandda tanıdılması istiqamətində müxtəlif tədbir və konsertlər təşkil edib, uğurlu layihələrə imza atıb.





2017-10-16 |
2017-10-16 |
2017-10-13 |
2017-10-09 |
2017-10-09 |
2017-10-06 |
2017-10-03 |
2017-10-02 |
2017-10-02 |
2017-10-02 |
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved