• Diaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilirDiaspor Gənclərinin I Yay Düşərgəsi təşkil edilir
  • Fuad Muradovun Gürcüstana ilk rəsmi səfəri  Gürcüstan mətbuatında geniş işıqlandırılıbFuad Muradovun Gürcüstana ilk rəsmi səfəri Gürcüstan mətbuatında geniş işıqlandırılıb
  • Gürcüstanın Starvision televiziya kanalında  Fuad Muradovun müsahibəsi yayımlanacaqGürcüstanın Starvision televiziya kanalında Fuad Muradovun müsahibəsi yayımlanacaq
  • Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşübGürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 16-da bu ölkənin barış və vətəndaş bərabərliyi üzrə dövlət naziri Ketevan Tsixelaşvili ilə görüşüb
  • Bolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilibBolnisi rayonunun Faxralı kəndində ictimaiyyət nümayəndələri ilə görüş keçirilib


Xəbərlər


Azərbaycan Nigeriyada beynəlxalq festivalda təmsil olunub
2017-10-02 | 12:23 |

Azərbaycan Nigeriyada beynəlxalq festivalda təmsil olunub

 Nigeriyanın müstəqillik günü ilə əlaqədar Laqos şəhərində Banana Mədəniyyət Festivalı keçirilib. Festivalda Laqosda yaşayan 20 ölkənin (Mərakeş, Tunis, Əlcəzair, Misir, Fransa, İtaliya, Nigeriya, İngiltərə, Almaniya və s.) nümayəndələri öz xalqlarının tarix, mədəniyyət, mətbəx və musiqisini nümayiş etdirib.

Ölkəmizi tədbirdə Nigeriyada yaşayan yeganə azərbaycanlı Billurə Bayramova təmsil edib.

B.Bayramova AZƏRTAC bildirib ki, festivalda Azərbaycanin dövlət himni səsləndirilib. Qonaqlara xalqımızın ləziz yeməkləri - dolma, qutab, plov, paxlava, sac qovurması təqdim olunub. Ölkə mediasına və iştirakçılara Azərbaycanın tarixi və mədəniyyəti barəsində geniş məlumat verilib. Festivalda ifa olunan milli rəqslərimizdən “Qavalla rəqs” böyük maraqla qarşılanıb. Tədbirdə dəb dəfiləsində azərbaycanlı modelyer Gülnarə Xəlilovanın milli geyimlərindən ibarət libaslar nümayiş edilib.

Onun sözlərinə görə festivalın təşkilində əsas məqsəd Nigeriyada yaşayan müxtəlif ölkələrin vətəndaşlarının öz dövlətlərini təmsil və təbliğ etmək, özlərinə məxsus təamları bölüşmək, musiqi, mədəniyyəti və tarixləri barədə iştirakçılara dolğun məlumatlar verməkdən ibarətdir.

Billurə Bayramova deyib ki, festivalda müxtəlif ölkələrin səfirləri, Laqosda yerləşən tanınmış şirkətlərin nümayəndələri və Nigeriyanın mədəniyyət naziri və digər rəsmi şəxslər iştirak ediblər.

 

AZƏRTAC





2018-06-25 |
2018-06-21 |
2018-06-20 |
2018-06-20 |
2018-06-20 |
2018-06-19 |
2018-06-18 |
2018-06-16 |
2018-06-16 |
2018-06-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved