• Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilibMoskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
  • Ulu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunubUlu Öndərin vəfatının ildönümü Kiyevdə qeyd olunub
  • Misirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıbMisirdəkİ Azərbaycan diasporu ümummilli liderin xatirəsini anıb
  • Azərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edibAzərbaycan Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
  • Nigeriyada ölkəmizlə bağlı təqdimat keçirilibNigeriyada ölkəmizlə bağlı təqdimat keçirilib


Xəbərlər


Azərbaycanın Dostları Assosiasiyasının sessiyası keçirilib
2017-10-03 | 13:45 |

Azərbaycanın Dostları  Assosiasiyasının sessiyası keçirilib

 Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları  Assosiasiyasının (ADA) İcra Şurası ölkənin Konyak şəhərinə ikigünlük səfər edib və ilk dəfə olaraq təşkilatın Parisdən kənarda sessiyası keçirilib. Konyak  şəhərinin meri, ADA-nın İdarə Heyətinin üzvü Mişel Qurənşas toplantını açaraq Azərbaycanla münasibətlərdən, intensiv inkişaf edən qardaşlıq əlaqələrdən bəhs edib, Tovuz və Konyak şəhərləri arasnda 2014-cü ildə imzalanmış qardaşlaşma sazişi çərçivəsində həyata keçirilmiş layihələr haqqında məlumat verib.

ADA -nın Prezidenti, Milli Assambleyanın sabiq deputatı Jan-Fransua Mansel Assosiasiyasının əsas devizinin hər iki xalqın  daha da yaxınlaşmasına xidmət etdiyini, Assosiasiyasının yenidən bərpasından qısa müddət keçməsinə baxmayaraq,  bu istiqamətdə müxtəlif uğurlu  layihələrin həyata keçirildiyini vurğulayıb. Jan-Fransua Mansel, Azərbaycanı Fransada tanıtmaq istiqamətində  də intensiv səylər göstərildiyini qeyd edib. O, ADA-nın ölkəmizin  zəngin tarixini, mədəniyyətini  fransız xalqına yaxından tanıtmaq məqsədilə  Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Fransadakı Səfirliyinin dəstəyi ilə Fransanın bir çox bölgələrində və müxtəlif şəhərlərində həyata keçirilən layihələri dəstəklədiyini qeyd edib.

Daha sonra gündəlikdəki mövzular, 2018-ci ildə nəzərdə tutulmuş  tədbirlər planı müzakirə edilib. İdarə heyətinin üzvləri  şərqdə ilk Demokratik Respublikanın yaradılması, Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi, ölüm hökmünün ləğv edilməsinin 20 illiyi və bir sıra əlamətdar  hadisələrdən söz açıb, 2018-ci ilin Azərbaycan üçün əlamətdar bir il olacağını bildiriblər. 

ADA -nın Baş katibi Mirvari Fətəliyeva 2017-ci ilin 6 aylıq tətdbirlər planının hesabatını təqdim edərək qarşıdakı layihələr  barədə İcra Şurasının üzvlərinə ətraflı məlumat verib.

Assosiasiyanın təsisçisi və fəxri sədri, Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən  Azərbaycanın Dostları Assosiasiyasının  Azərbaycanla bağlı həqiqətlərin Fransada, daha geniş təbliğ edilməsi üçün göstərdiyi səylərini yüksək qiymətləndirib və bu səylərin daha da gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.     

Toplantıda ADA-nın İcra Şurasının yeni tərkibi və sədr müavini seçilib. YUNESCO-nun mədəni diplomatiya uzrə xoşməramlı səfiri  Edva Ser açıq səsvermə yolu ilə yekdilliklə ADA sədrinin müavini vəzifəsinə seçilib. İlin sonunda bu tərkib və ADA-nın 2018-ci il üçün fəaliyyət planı Baş Assambleyaya təqdim ediləcək.   

İclasdan sonra İcra Şurasının üzvləri “Tovuz Nar Evi »nin açılışında  iştirak ediblər. Bundan başqa, ADA-nın nümayəndə heyəti Konyak Oranjerisinde yerləşən Azərbaycan şairi Məhsəti Gəncəvinin heykəlini ziyarət edib.

 





2017-12-13 |
2017-12-13 |
2017-12-13 |
2017-12-12 |
2017-12-12 |
2017-12-12 |
2017-12-08 |
2017-12-08 |
2017-12-05 |
2017-12-05 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved