• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib
2017-10-16 | 12:33 |

Dünya çempionu ilə diaspor təşkilatında görüş keçirilib

 Londonda keçirilən XVI  Dünya Atletika Çempionatının qalibi olmuş azərbaycanlı Ramil Quliyevlə İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyində (İS-TAD) görüş keçirilib.

Dəvət üçün dərnəyin üzvlərinə təşəkkür edən Ramil Quliyev bildirib ki, "İki dövlət, bir millət" şüarı ilə qurulmuş bu təşkilatda olmaqdan qürur duyuram və həmvətənlərimizlə bir araya gəlmək sevindiricidir. Ramil Quliyev qazandığı uğurların bütün Türk dünyasının və üzvü olduğu “Fənərbaxça” İdman Klubunun nailiyyəti olduğunu vurğulayıb: “İnanıram ki, bu müvəffəqiyyət gələcəyimiz olan gənclərə nümunə olacaq və biz daha böyük uğurlara imza atacağıq. Prezidentlərimizin məni və klubumu təbrik etməsi bizi daha çox qürurlandırdı. İS-TAD olaraq da verdiyiniz dəstəyə görə sizə minnətdarlığımı bildirirəm" – deyə o qeyd edib.

Dünya çempionu Ramil Quliyev və “Fənərbaxça” İdman Klubu nümayəndələrinin də iştirak etdiyi görüşdən məmnunluğunu ifadə  edən İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyininin  (İS-TAD)  sədri Səfər Qaraqoyunlu deyib ki, bütün sahələrdə olduğu kimi, idmanda da qazanılan uğurlar hər iki dövlətin nailiyyətidir. O, da öz növbəsində öz qələbəsi ilə yaşatdığı sevinc hisslərinə görə, eyni zamanda ziyarətə görə R.Quliyevə və “Fənərbaxça” İdman Klubuna təşəkkür edib, uğurların davamlı olmasını arzulayıb. Sonra S.Qaraqoyunlu təşkilat adından R.Quliyevə plaket təqdim edib.

Görüşdə, “Fənərbaxça” İdman Klubu rəhbəri Aziz Yıldırıma təqdim edilməsi məqsədilə Türkiyə Azərbaycan həmrəyliyinə və idmanın inkişafına verdiyi  dəstəyə görə təşəkkür plaketi təqdim edilib. Daha sonra “Fənərbaxça” İdman Klubunin Atletizm şəbəsinin müdiri Gürsel Özyurt çıxış edib. Çıxışlardan sonra Klubun Gənc Futbol komandaları inzibati işlər müdiri Serdar Alkın və Ramil Quliyev İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinə “Fənərbaxça” imzalı forma hədiyyə ediblər və xatirə şəkili çəkdiriblər.





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved