• Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb
  • Latviya Azərbaycanlılarının Latviya Azərbaycanlılarının "Azəri" Cəmiyyətinin sədri Ulduzxan Əhmədovdan
  • Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə ƏlizadədənBelqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Zərifə Əlizadədən
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi olub


Xəbərlər


Belarusda Müslüm Maqomayevin yubileyi qeyd olunub
2017-10-30 | 14:56 |

Belarusda Müslüm Maqomayevin yubileyi qeyd olunub

 Belarus Respublikasının Jlobin şəhərində Azərbaycanın və SSRİ-nin xalq artisti, müğənni və bəstəkar Müslim Maqomayevin 75 illik yubileyi konsert proqramı ilə qeyd olunub. “Bütün zamanların adı: Müslüm Maqomayev” musiqi lahiyəsi çərçivəsində keçirilən “Sən mənim melodiyamsan” adlı konsert proqramında yerli musiqiçilər iştirak edib. Konsertdə Müslüm Maqomayevin bəstələdiyi musiqilər və böyük sənətkarın repertuarından mahnılar ifa olunub.

Konsert Jlobin şəhərinin Regional İcraiyyə Komitəsinin İdeoloji işlər, Mədəniyyət və Gənclərlə iş üzrə şöbəsi və “Belarus-Azərbaycan İcmalar Konqresi” Beynəlxalq İctimai Birliyinin Jlobin regional şöbəsinin birgə  təşəbbüsü ilə hazırlanıb.

Tədbirdə “Belarus-Azərbaycan İcmalar Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri Natiq Bağırovun rəhbərliyi ilə regional şöbələrin nümayəndələri,  həmçinin Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyinin müşaviri Zülfüqar Tanarverdi də iştirak edib.

Konsert proqramı çərçivəsində “Belarus-Azərbaycan İcmalar Konqresi” Beynəlxalq İctimai Birliyini adından təşkilatın Jlobin regional şöbəsinin rəhbəri Əli Əhmədova fəal və məhsuldar işinə görə, Rayon İcraiyyə Komitəsinin başçısı İvan Naumenkoya isə Azərbaycan və Belarus xalqlarının yaxınlaşmasında göstərdiyi xidmətlərə görə fərmanlar təqdim olunub.

Konsertin keçirildiyi Metallurqlar Mədəniyyət Sarayının foyesində Azərbaycan milli geyimləri, atributları, əl işləri nümayiş etdirilib.





2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-11-09
AZƏRBAYCANIN MADDİ-MƏNƏVİ İRSİ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved