• Brüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilibBrüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilib
  • Bu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilibBu gün Sarayevoda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin konfransı keçirilib
  • Brüsseldə Brüsseldə "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" mövzusunda beynəlxalq forum öz işinə başlayıb.
  • Xocalı soyqırımından bəhs edən Xocalı soyqırımından bəhs edən "Ağrı" romanı İsraildə ingilis dilində çapdan çıxıb
  • Finlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcəkFinlandiya iqtisadçıları Azərbaycanda seminar keçirəcək


Xəbərlər


Türkiyənin bələdiyyə sədrləri Bakıda görüşlər keçirib
2017-11-07 | 17:50 |

Türkiyənin bələdiyyə sədrləri Bakıda görüşlər keçirib

 Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə Azərbaycanda səfərdə olan Türkiyənin Çukurova Bələdiyyələr Birliyinin üzvlərindən ibarət nümayəndə heyəti bu gün Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub. Sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Türkiyənin bələdiyyə sədrləri Şəhidlər Xiyabanını, Bakıdakı Türk Şəhidliyini və Atatürkün abidəsini də ziyarət edib.

  Ziyarətdən sonra nümayəndə heyəti Türkiyənin Azərbaycandakı  Səfirliyində görüş keçiriblər. Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası nümayəndələri də iştirak edib. Görüş zamanı təhsil, mədəniyyət, turizm və digər sahələrdə qarşılıqlı əlaqələr, həmçinin  Azərbaycanın bir sıra şəhərləri ilə Türkiyə şəhərlərinin qardaşlaşması məsələsi müzakirə olunub, təkliflər səsləndirilib və bəzi ilkin razılaşmalar əldə edilib.

Daha sonra Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə Türkiyənin Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Protokolu Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Təhmiraz Tağıyev və Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü imzalayıblar.

Tədbirdə çıxış edənlər qardaş ölkələrimiz arasındakı münasibətlərdən danışıblar. Bildirilib ki, Azərbaycan və Türkiyə ulu öndər Heydər Əliyevin müdrikliklə söylədiyi “Biz bir millət, iki dövlətik” kəlamına sadiq qalaraq bütün sahələrdə sıx əməkdaşlıq edir. Yüksək səviyyəli əlaqələr, ölkələrimizin birgə həyata keçirdikləri çoxlu layihələr münasibətlərimizin möhkəmləndirilməsinə böyük töhfələr verir. Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda da bir-birinə qardaş dəstəyi göstərir. Ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət-ənənələr qədim tarixə malik əlaqələrimizi şərtləndirən amillər sırasında yer alır. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduğunu nümayiş etdirib. Bildirilib ki, bu gün imzalanan sənəd də əlaqələrimizin inkişafına öz töhfəsini verəcək.

Xatırladaq ki, noyabrın 6-da isə Çukurova Bələdiyyələr Birliyinə üzv bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti 2016-cı ilin aprel döyüşlərində Azərbaycan Ordusunun erməni işğalından azad etdiyi Cocuq Mərcanlı kəndinə səfər edib. Qonaqlar Horadizdə “Aprel şəhidlərinə xatirə” abidə kompleksini ziyarət edib, Cocuq Mərcanlıda aparılmış tikinti-quruculuq işləri ilə tanış olub, “Gücümüz birliyimizdədir” devizilə keçirilən ağacəkmə kampaniyasında iştirak ediblər. Səfər çərçivəsində Adana  şəhər Karaisalı Bələdiyyəsi ilə Cəbrayıl Rayon İcra Hakimiyyəti arasında “qardaş şəhər” niyyət protokolu imzalanıb. Bundan başqa, Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü kənd məktəbinə və kənddəki hər bir ailəyə bir televizor hədiyyə edib.

Qeyd edək ki, Adana, Mersin, Hatay böyükşəhər bələdiyyə sədrlərinin də daxil olduğu 29 nəfərlik nümayəndə heyətinin görüşləri sabah davam edəcək.

 





2017-11-21 |
2017-11-20 |
2017-11-20 |
2017-11-14 |
2017-11-14 |
2017-11-13 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
2017-11-10 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-16
DÜNYA AZƏRBAYCANLILARININ II QURULTAYI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved