• Monteneqro Prezidenti Azərbaycana gələcəkMonteneqro Prezidenti Azərbaycana gələcək
  • Xətai Sənət Mərkəzində növbəti sərgi - Xətai Sənət Mərkəzində növbəti sərgi - "Azərbaycan amerikalı uşaqların gözü ilə"
  • Albaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcəkAlbaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
  • Azyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olubAzyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olub
  • Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilibMilanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib


Xəbərlər


Diaspor rəhbəri Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb
2017-11-10 | 14:54 |

Diaspor rəhbəri Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

 “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyində Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib. Təşkilatın sədri, tədqiqatçı alim Seymur Nəsirov dərs ilinə yeni başlayan tələbələrin problemləri ilə maraqlanıb və onlara tövsiyələrini verib. Təşkilat rəhbəri eyni zamanda gənclərin hava limanında qarşılanması və müvəqqəti yaşayış yeri ilə təmin olunmasını təşkil edib, eləcə də sənədlərinin tamamlanması işində yardım göstərib. 

Qeyd edək ki, altı nəfərdən ibarət azərbaycanlı tələbələr Bakıdakı Misir Mədəniyyət Mərkəzi tərəfindən ərəb dilini təkmilləşdirmək məqsədilə Qahirəyə bir illik kurslara göndərilib. Gənclərin ərəb dilinə diqqət ayırması Azərbaycanda turizmin inkişafı ilə əlaqədar ölkəyə gələn ərəb turistlərinin sayının ildən-ilə artması ilə bağlıdır. Turistlərə yüksək səviyyədə xidmətin göstərilməsində onlarla öz  dilində ünsiyət qurmaq mühim rol oynayır.

Xatırladaq ki, bu, “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin gənclərlə ilk işi deyil. Birliyin sədri Seymur Nəsirov  mütəmadi olaraq Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüşür, onlara öz dəstəyini göstərərək, problemlərinin həllində yardım göstərir.

 





2018-02-19 |
2018-02-19 |
2018-02-16 |
2018-02-14 |
2018-02-14 |
2018-02-13 |
2018-02-06 |
2018-02-06 |
2018-02-05 |
2018-01-29 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-01-05
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (III KİTAB)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved