• Monteneqro Prezidenti Azərbaycana gələcəkMonteneqro Prezidenti Azərbaycana gələcək
  • Xətai Sənət Mərkəzində növbəti sərgi - Xətai Sənət Mərkəzində növbəti sərgi - "Azərbaycan amerikalı uşaqların gözü ilə"
  • Albaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcəkAlbaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
  • Azyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olubAzyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olub
  • Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilibMilanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib


Xəbərlər


Dövlət Komitəsinin nümayəndəsi Parisdə diaspor rəhbəri ilə görüşüb
2017-11-10 | 16:19 |

Dövlət Komitəsinin nümayəndəsi Parisdə diaspor rəhbəri ilə görüşüb

Fransada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Adil Hüseynov Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və Nant Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Zaur Rzayev ilə görüşüb.

                                                                        

Görüşdə Azərbaycan Evinin və Mədəniyyət Mərkəzinin fəaliyyəti geniş müzakirə olunub, görülən işlər, planlaşdırılan layihələr və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı əsas diqqət Fransada soydaşlarımızın təşkilatlanmasının daha da gücləndirilməsi, müxtəlif şəhərlərdə yaşayan azərbaycanlıların əlaqələndirilməsinin artırılması məsələlərinə ayrılıb. Bu istiqamətdə Paris Azərbaycan Evinin qarşısında duran əsas vəzifələr, eləcə də müəyyən layihələr çərçivəsində Dövlət Komitəsi ilə əməkdaşlıq imkanları haqda danışılıb.

Qeyd edək ki, artıq 15 ildir fəaliyyət göstərən Paris Azərbaycan Evi müxtəlif qurum və təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirərək Azərbaycan həqiqətlərini Fransada təbliğ edir. Təşkilat eyni zamanda festivallarda, beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edir, onun zəngin mədəniyyətini, tarixini, adət-ənənəsini fransız ictimayətinə tanıdır.                                                                                                       

   





2018-02-19 |
2018-02-19 |
2018-02-16 |
2018-02-14 |
2018-02-14 |
2018-02-13 |
2018-02-06 |
2018-02-06 |
2018-02-05 |
2018-01-29 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved