• Yeni sədr kollektivə təqdim olunubYeni sədr kollektivə təqdim olunub
  • "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamına əlavələr edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • Nazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşübNazim İbrahimov Ümumdünya Ukraynalılar Konqresinin sədri ilə görüşüb
  • Türkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyibTürkiyədəki azərbaycanlılar erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
  • Avropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıbAvropa azərbaycanlıları beynəlxalq təşkilatlara Ermənistanın təxribatları ilə bağlı bəyanat ünvanlayıb


Xəbərlər


Rusiya Azərbaycanlı Gənclər Birliyi "Coğrafi imla" aksiyasında iştirak edib
2017-11-27 | 11:15 |

Rusiya Azərbaycanlı Gənclər Birliyi

 Rusiyada “Coğrafi imla” beynəlxalq aksiyası keçirilib. Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) də aksiyada iştirak edib.

Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən “Coğrafi imla” aksiyası ölkənin bütün regionlarında keçirilib. M.İ.Rudomino adına Xarici Ədəbiyyat Kitabxanasında keçirilən tədbirə 15-dən çox RAGB fəalı qatılıb.

RAGB-nin İdarə Heyətinin üzvü Emin Hacıyev aksiyanın açılışında çıxış edərək Heydər Əliyev Fondunun vitse-prezidenti, təşkilatın rəhbəri Leyla Əliyevanın salamlarını çatdırıb, onun adından iştirakçılara bilik yarışmasında uğurlar arzu edib.

E.Hacıyev deyib ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi Leyla Əliyevanın rəhbərliyi ilə getdikcə daha güclü və nüfuzlu təşkilata çevrilir. “RAGB-nin böyük federal aksiyada iştirak etməsi bizim təşkilatın Rusiyada nüfuzlu və əhəmiyyətli birliyə çevrildiyinin sübutudur. “Coğrafi imla” Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə keçirilən miqyaslı maarifləndirmə aksiyasıdır. Biz Rusiya Coğrafiya Cəmiyyətinin prezidenti Sergey Şoyqu başda olmaqla cəmiyyətin rəhbərliyinə aksiyada iştiraka dəvətə görə təşəkkürümüzü bildiririk”.

E.Hacıyev bu il Azərbaycanın da bu aksiyaya qoşulduğunu vurğulayaraq deyib: “Coğrafi imla” aksiyası M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında da keçirilib. Azərbaycandan başqa aksiyaya Argentina, Böyük Britaniya, Danimarka, Norveç, Serbiya, Suriya, Türkiyə, Çexiya, Çin, Rumıniya və digər dövlətlər də qoşulub”.

Daha sonra aksiya iştirakçıları imla yazıblar. Onlar 45 dəqiqə ərzində 30 suala cavab veriblər. Suallar üç blokdan - coğrafi anlayış və terminlərin izahının müəyyən edilməsi, coğrafi obyektlərin xəritədə müəyyən edilməsi, ədəbiyyat nümunələri fraqmentlərində coğrafi obyektlərin müəyyən edilməsindən ibarət olub. Düzgün cavablara görə iştirakçılar ən yüksək 100 bal ala bilərlər. İmlaların qiymətlərini dekabrın 25-dən sonra dictant.rgo.ru saytından öyrənmək olar.

Tədbirin sonunda E.Hacıyev iştirakçılara “Coğrafi imla” beynəlxalq təhsil aksiyasında iştiraka görə Şəhadətnamə”lər təqdim edib.

 

AZƏRTAC





2018-04-24 |
2018-04-24 |
2018-04-23 |
2018-04-20 |
2018-04-20 |
2018-04-20 |
2018-04-19 |
2018-04-18 |
2018-04-18 |
2018-04-17 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved