• 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında  Azərbaycan Respublikası Prezidentinin Sərəncamı1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
  • 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb 20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
  • ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib


Xəbərlər


Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb
2017-11-24 | 11:22 |

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb

 Bu gün Yunanıstanın paytaxtı Afina şəhərində “Avro–Aralıq dənizi tərəfdaşlığının humanitar problemlərinin həlli” mövzusunda XIII Ali səviyyəli toplantı işə başlayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) “Marianna V.Vardinoyannis” Fondu ilə əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbir VI Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyır.

Toplantıda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa İttifaqı və Aralıq dənizi hövzəsi ölkələrinin nüfuzlu dövlət və siyasi xadimləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Latviyanın sabiq prezidentləri Vayra Vike-Freyberqa, Valdis Zatlers, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edir.

Tədbirdə Aralıq dənizi hövzəsindəki humanitar böhranların qarşısının alınması üçün ideya və təşəbbüsləri bölüşmək, miqrasiya, inteqrasiya, milli kimlik və multikulturalizm, xüsusilə də separatizm və öz müqəddəratını təyin etmək məsələləri müzakirə edilir.

Toplantıda Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV çıxış edib.

Beynəlxalq tədbirin iştirakçılarını salamlayan Əli Həsənov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin və Mariana Vardinoyannis Fondunun tərəfdaşlığının ölkələrimiz arasındakı əlaqələrin və bütün regionun güclənməsində mühüm rol oynadığını vurğulayaraq deyib ki, Yüksək Səviyyəli Afina Toplantısı müasir dünyanı narahat edən çox aktual mövzuya həsr olunub və Azərbaycan hökuməti adından bir sıra fikirlərimizi diqqətinizə çatdırmaq istəyirəm.

“Avropa İttifaqı, Şimali Afrika, Orta Şərq və Cənub-Şərqi Avropa ölkələrini birləşdirən Aralıq dənizi hövzəsində beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırımasındakı çətinliklər hamımızı narahat edir. Müşahidələr göstərir ki, bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur”.

Prezidentin köməkçisi vurğulayıb ki, müasir dövrdə dünyada etnik separatizm meyillərinin güclənməsi regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, bəşəriyyətin sülh və əmin-amanlıq şəraitində yaşamasına mənfi təsir göstərən mühüm amillərdən biridir.

Azərbaycanın 1993-cü ildən etibarən Avropa İttifaqı (Aİ) ilə münasibətlərdə maraqlı olduğunu və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başladığını vurğulayan Əli Həsənov “Qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları çərçivəsində, o cümlədən vətəndaş cəmiyyəti quruculuğu prosesində Azərbaycanın gördüyü işlərin Aİ tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsinin regional təhlükəsizliyi ilə bağlı Azərbaycanla Aİ-nin geosiyasi maraqları üst-üstə düşür və bu qurumu təmsil edən böyük transmilli korporasiyalar bölgədə həyata keçirilən transmilli layihələrdə yaxından iştirak edirlər.

Azərbaycan Prezidentinin köməkçisi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu kimi transmilli enerji-nəqliyyat layihələrinin həyata keçirilməsi Azərbaycanla Aİ arasındakı strateji tərəfdaşlığın sayəsində mümkün olduğunu bildirib. Azərbaycanın Xəzər hövzəsinin enerji resurslarının birgə istismarı və alternativ transmilli layihələr vasitəsilə Avropa bazarlarına ixracı sahəsində apardığı siyasət, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərin müasir tələblərə uyğun yenidən qurulması Aİ tərəfindən dəstəklənır.

Aİ-nin dəstəyi ilə həayata keçirilən Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz boru kəməri (TAP) kimi layihələrinin əhəmiyyətini vurğulayan Əli Həsənov Azərbaycan yalnız Avropa İttifaqının enerji təminatı və təhlükəsizliyi baxımından, habelə “Qonşuluq siyasəti”nin əsas tərəfdaşlarından biri kimi deyil, həmçinin dünyanın müxtəlif bölgələrində - Əfqanıstanda, İraqda, Balkanlarda və s. həyata keçirdiyi sülhyaratma proseslərində birbaşa iştirakı, NATO-nun qeyri-hərbi ehtiyatlarla təchizatı, təhlükəsiz hava dəhlizinin təqdim olunması istiqamətində fəaliyyəti ilə Qərbin etibarlı tərəfdaşı hesab olunur.

Əli Həsənov hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlar prosesinin davam etdiyini deyib: “İnanıram ki, bu sənədin imzalanması tərəflər arasında siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər sahələrdə genişmiqyaslı əməkdaşlığın möhkəmlənməsi üçün əlverişli imkanlar yaradacaq”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlərin Azərbaycanın Avropa İttifaqı ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə əngəl törətdiyini vurğulayan Əli Həsənov qeyd edib ki, münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir: “Biz bu qənaətdəyik ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasındakı strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm amillərdən biri ola bilər”.

Çıxışının sonunda Əli Həsənov Yüksək Səviyyəli Toplantının işinə bir daha uğurlar arzulayıb.

Marianna V.Vardinoyannis  qonaqları salamlayaraq bildirib ki, Yunanıstanda ikinci dəfədir ali səviyyəli toplantı keçirilir və bu tədbirlərdə ali səviyyəli qonaqlar, siyasətçilər, ictimai-siyasi xadimlər iştirak edib. Sonra o, “Marianna V.Vardinoyannis” Fondu haqqında məlumat verərək fondun Avro-Aralıq dənizi tərəfdaşlığına daxil olan ölkələrdəki qanunsuz miqrant axını, iqlim dəyişikliyi və digər problemlərin həllinə töhfələr verdiyini xatırladıb. M. V.Vardinoyannis fondun müasir dünyada ağır şəraitdə yaşayan miqrant qadınlara, uşaqlara, qaçqınların inteqrasiyasına, onların təhsil, səhiyyə problemlərinin həllinə , insan hüquqlarına, inkluzivliyə, sivilizasiyalarda sülhün təmin olunmasına göstərdiyi köməyi diqqətə çatdırıb.

Latviyanın sabiq prezidenti, NGBM--nin həmsdəri Vayra Vike Frayberqa mərkəzi ofisi Bakıda yerləşən NGBM-nin adından qonaqları salamlayıb və bildirib ki,  bu toplantı da Mərkəzin keçirdiyi önəmli tədbirlər sırasındadır. Avro-Aralıq dənizi tərəfaşlığı ölkələrinin tarix  boyu  böyük hadisələrə məruz qaldığını deyib. Bildirib ki, İkinci Dünya Müharibəsinindən sonra yaradılan BMT-nin insanların qorunmasında rolu olsa da  təəssüf ki, bu, sülh yaratmaq üçün kifayət deyil, Suriyadakı insanlar münaqişələrdən əziyyət çəkir: “Yarım əsrdir ki, dövlətlər öz hökumətlərinə güvənmirlər. Qaçqın böhranı kommunizm dövründə də olmuşdu, bu gün də Yunanıstan da daxil olmaqla bir çox ölkələrdə baş verir. Sadə insanlar əziyyət çəkir, evlərini itirir, aclığa, xəstəliyə məruz qalırlar”.

Tədbirdə çıxış edən Yunanıstanın birinci xanımı Sissi Pavlopoulou  “Marianna V.Vardinoyannis” Fondunun xidmətlərindən danışıb. O, Avro-Aralıq dənizi ölkələrinin hazırki problemlərin həllinə göstərdiyi töhfələrə görə fonda təşəkkür edib.

Yunanıstanın xarici işlər nazirinin səlahiyyətlərini icra edən George Katrouqalos bu cür ali səviyyəli toplantının keçirilməsinin böyük təşəbbüs olduğunu deyib: “Şiddətli münaqişələrin, Liviya, Suriya  problemlərinin həllini  dialoqlarla, əməkdaşlıqla həll emtəliyik. Biz Afrika və Asiya ölkələrinin iqtisadiyyatına kömək etməliyik, bunun üçün əməkdaşlığı gücləndirməliyik”.

Professor Dmitris Pantemalis isə tədbirin keçirildiyi  muzeyin bir vaxtlar insanların xoşbəxtliyinə və bədbəxltiyinə səbəb olan güc oyunlarına  şahidlik etdiyini yada salaraq deyib ki, tədbirin burada keçirilməsi bizim sivilizasiyalarda insanların, gənclərin sağ qalması üçün kömək etməli olduğumuza dair bir mesajdır.

Daha sonra Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç çıxış edib. Real tərəfdaşlığın vacibliyini diqqətə çatdıran M.İvanıç Aİ üçün ən böyük problemin təhükəsizlik, iqtisadi böhran, miqrant böhranı olduğunu bildirib. O, iqtisadi inkişafın, Ərəb böhranının həllinin, davamlı sabitliyin, insan hüquqlarının, demokratiyanın həlli üçün real tərəfdaşlığın vacibliyini vurğulayaraq  bildirib ki, biz bunun üçün müzakirələrə açıq olmalıyıq.

Ali səviyyəli Afina toplantısı işini davam etdirir.

 





2018-01-19 |
2018-01-18 |
2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2006-03-16
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved