• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


Xəbərlər


Diaspor rəhbəri Seymur Nəsirov Misirin dövlət televiziyasının qonağı olub
2017-11-28 | 16:44 |

Diaspor rəhbəri Seymur Nəsirov Misirin dövlət televiziyasının qonağı olub

  “Vətənpərvər” - Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misirin nüfuzlu “Nil Mədəniyyət” dövlət televizIya kanalının qonağı olub.

Verilişin əvvəlində Azərbaycanın müasir simasını əks etdirən videoçarx nümayiş olunub. Daha sonra S. Nəsirov Azərbaycandakı multikultural dəyərlərdən və tolerantlıqdan söhbət açıb. “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı bir diyardır”- deyə o qeyd edib.

S.Nəsirov Azərbaycanda olan yüksək tolerantlıq mühiti səbəbindən Misirdə keçirilən beynəlxalq səviyyəli bir çox tədbirlərə, elmi konfranslara dəvət aldığını diqqətə çatdırıb. 19-20 noyabr tarixində  Qahirədə “Radikalizmə qarşı birgə mübarizə və dialoqun gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq foruma azərbaycanlı nümayəndələrin dəvət edildiyini qeyd edib.

Verlişdə tamaşaçıların diqqətinə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi xətt hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

 





2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK XARTİYASI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved