• Albaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcəkAlbaniya Prezidenti VI Qlobal Bakı Forumunda iştirak edəcək
  • Azyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olubAzyaşlı həmyerlimiz Misirdə keçirilən taekvando yarışında qalib olub
  • Milanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilibMilanda italyan müəllifin Xocalı faciəsindən bəhs edən kitabının təqdimatı keçirilib
  • Misir Universitetində Azərbaycan dili tədris olunurMisir Universitetində Azərbaycan dili tədris olunur
  • Həmyerlilərimiz Rusiyada mükafatlandırılıbHəmyerlilərimiz Rusiyada mükafatlandırılıb


Xəbərlər


"Cəngi" etno-caz qrupu Fransada konsert verib
2017-12-05 | 16:03 |

 Fransanın Uaz departamentinin Silly-Thillard şəhərində “Cəngi” caz qrupunun iştirakı ilə Azərbaycan etno-caz musiqisindən ibarət konsert keçirilib. Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi, Azərbaycanın Dostları Assosiasiyası və Xərçəngə Qarşı Liqanın Uaz bürosunun təşkilatçılığı  ilə baş tutan konsert xərçəng xəstəliyinə qarşı mübarizə aparan liqaya yardìm məqsədlə həyata keçirilib.

Silly-Thillard şəhərinin meri Jan Vertadye tədbiri açaraq,  konsertin təşkilatçılarına, xüsusən də, Azərbaycanın Dostları Assosiasiyasına belə gözəl təşəbbüsə görə təşəkkürünü bildirib. 

Azərbaycan Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel isə assosiasiyanın fəaliyyəti və həyata keçirilən layihələri haqqında danişıb. Azərbaycan barədə tamaşıçılara məlumat verə J.F.Mansel onun qədim tarixə və mədəniyyətə malik olduğunu deyib. O, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkənin 20 faiz torpaqlarının işğal altında olması barədə tamaşaçiları məlumatlandırıb. J.F.Mansel qeyd edib ki, bu kimi layihələr Azərbaycanın, azərbaycanlıların qədim və zəngin mədəni irsinin Fransada təbliğinə xidmət edir. O, Azərbaycan musiqisini Avropada tanıtmaq üçün etno-caz layihəsinin maraqlı seçim olduğunu bildirib. 

Daha sonra Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva Azərbaycan musiqisi və “Cəngi” qrupu haqqında məlumat verib. O, Muğam sənətinin çox qədim köklərə malik olduğunu, muğamın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildiyini bildirib. 

1992-ci ildə məşhur caz ustası və bəstəkar Rafiq Babayevin bünovrəsini qoyduğu “Cəngi” qrupu  2002-ci ildən etibarən Azərbaycanın əməkdar artisti Mircavad Cəfərovun rəhbərliyi ilə fəaliyyət göstərir. Mircavad Cəfərov, Mircavid Cəfərov, İsgəndər Ələsgərov, Vasif Hüseynzadə, Ruslan Hüseynov  kimi istedadlı musiqiçilərdən ibarət olan “Cəngi” qrupu, geniş, kolorotli repertuarı ilə fransalı tamaşaçıların rəğbətini qazanıb. 

Onu da qeyd edək ki, “Cəngi” qrupu müxtəlif  beynəlxalq festivallarda iştirak edərək Azərbaycanın milli sərvəti olan Muğam və caz janrının sintezini yeni çalarlarla, özünəməxsus impovizasiyalarla musiqisevərlərə çatdırır. 





2018-02-16 |
2018-02-14 |
2018-02-14 |
2018-02-13 |
2018-02-06 |
2018-02-06 |
2018-02-05 |
2018-01-29 |
2018-01-29 |
2018-01-24 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2010-03-01
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved