• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


Xəbərlər


Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib
2017-12-13 | 15:17 |

Moskva vilayətində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib

 Moskva vilayətinin Domodedovo şəhərində Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.  "Xalqlar Dostluğu" Xeyriyyə Fondunun və Moskva vilayətindəki Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə Domodedovo şəhər Dumasının deputatlar Şurasının sədri Leonid Kovalevski, Moskva vilayəti Dumasının deputatı, hakim "Yedinnaya Rossiya" partiyasının Domodedovo şəhəri üzrə bölməsinin sədri Dmitri Qorodetski, Domodedovo şəhər administrasiyası rəhbərinin birinci müavini Marina Vedernikova, Domodedovo şəhər Şurasının deputatı, Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Əlizaman Rəhimov Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiya Azərbaycan Gənclər Birliyinin (AMOR) və Moskva vilayətindəki Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

 

Anım mərasimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başlayıb. Filmdə Heydər Əliyevin Moskvada çalışdığı dövrdəki fəaliyyətindən, Rusiyanın regionlarında gördüyü işlərdən bəhs olunub. Filmdə Rusiya regionlarının rəhbərləri Heydər Əliyevin Sovetlər İttifaqı dövründə bölgələrin inkişafı üçün etdiklərinin əvəzolunmaz olduğunu qeyd ediblər.

Tədbiri giriş sözü ilə açan "Xalqlar Dostluğu" Fondunun prezidenti, Rusiya prezidenti yanında millətlərarası münasibətlər üzrə ekspertlər şurasının üzvü Araz Mürsəliyev hər il ənənəvi olaraq  Heydər Əliyevin anım mərasimini təşkil etdiklərini bildirib: "Dahi siyasi xadim Heydər Əliyevin xatirəsi Azərbaycanda olduğu kimi Rusiyada da insanlar tərəfindən anılır. Heydər Əliyev böyük siyasi istedada, dövlətçilik zəkasına malik olub. O, öz adını əbədi olaraq müasir Azərbaycanın memarı kimi tarixə yazıb. Təsadüfi deyil ki, Rusiya prezidenti Vladimir Putin Heydər Əliyevi siyası nəhəng (политическая глыба) və Rusiyanın böyük dostu adlandırıb".

 

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Aqşin Əliyev isə çıxışında Heydər Əliyevin Rusiya-Azərbaycan münasibətlərindəki rolundan, onun xatirəsinin Rusiyada əziz tutulmasından danışıb: "Bildiyiniz kimi ümummilli liderin həyatının bir hissəsi Moskva ilə bağlı olub. Onun Sovetlər İttifaqı dövründə Moskvada çalışdığı illərdə gördüyü işləri rusiyalılar hələ də unutmayıb. Rusiyanın regionlarının inkişafı ilə bağlı həyata keçirdiyi layihələr hələ də dillər əzbəridir. Bu gün dünyanın bir çox yerlərində olduğu kimi Moskva vilayətində də ulu öndərin anım mərasiminin keçirilməsi Heydər Əliyevin xatirəsinin əbədi olaraq rusiyalıların ürəyində iz qoyduğuna dəlalət edir".

 

Moskva vilayəti Dumasının deputatı, hakim "Yedinnaya Rossiya" partiyasının Domodedovo şəhəri üzrə bölməsinin sədri Dmitri Qorodetski çıxışında Heydər Əliyevin Sovetlər İttifaqının liderlərindən biri olduğunu xatırladıb: "Heydər Əliyev kimi dövlət xadimləri yüz ildən bir dünyaya gəlir. Onun Sovetlər İttifaqı Nazirlər Şurasının sədr müavini olduğu vaxtları yaxşı xatırlayıram. Heydər Əliyevin dünyanın ən nəhəng ölkəsi olan SSRİ üçün gördüyü işlər unudulmazdır. Təəssüflər olsun ki, Heydər Əliyev Moskvada tutduğu yüksək vəzifədən uzaqlaşdırıldı. Bütün bunlar Sovetlər İttifaqının dağılmasına gətirib çıxardı".

 

Domodedovo şəhər Dumasının deputatlar Şurasının sədri Leonid Kovalevski, Domodedovo şəhər administrasiyası rəhbərinin birinci müavini Marina Vedernikova Heydər Əliyevin  xatirəsinin anılmasının Moskva vilayətində ənənəyə çevrildiyini qeyd ediblər.

 

Tədbirdə çıxış edən Rusiyadakı Azərbaycan diasporunun nümayəndəsi İlqar Hacıyev, AMOR İdarə Heyətinin üzvü Emin Hacıyev və digər diaspor nümayəndələri ümummilli liderin  xatirəsinin bütün azərbaycanlıların ürəyində yaşayacağını, onun Rusiya-Azərbaycan dostluğuna verdiyi töhvələrin əbədi olacağını vurğulayıblar.   





2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-07-21
AZƏRBAYCAN DİASPORU: BÖYÜK YOLUN BAŞLANĞICI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved