• ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıbABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı yeni kampaniyaya başlayıb
  • Amsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilibAmsterdamda Azərbaycan ilə bağlı geniş təqdimat keçirilib
  • Daşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilibDaşkənddə Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin (RAMMM) hesabat-seçki konfransı keçirilib
  • Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib
  • 20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiqlənib


Xəbərlər


Diaspor rəhbəri Misir parlamentində görüş keçirib
2017-12-18 | 15:51 |

Diaspor rəhbəri Misir parlamentində görüş keçirib

 “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Misir parlamentinin Vəqflər və Dini komitəsinin sədri, professor Usəmə əl-Əbdllə görüşüb.

Görüşdə Seymur Nəsirov Azərbaycan həqiqətləri, ölkəmizin cəlb olunduğu Dağlıq Qarabağ münaqişəsi, ərazisinin 20 faizinin hələ də Ermənistan tərəfindən işğal altında saxlanılması, bir milyondan çox qaçqın və köçkünün olması, Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Diaspor rəhbəri eyni zamanda Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, son illər iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurlardan da bəhs edib. Azərbaycan-Misir əlaqələrdən də söhbət açan S.Nəsirov xalqlarımız arasındakı dostluq münasibətlərinin çox qədim tarixə malik olduğunu vurğulayıb.

Misir parlamentinin Vəqflər və Dini komitəsinin sədri Usəmə əl-Əbdl isə öz növbəsində azərbaycanlıların Misirin inkişafına verdiyi töhfələrdən məmnunluğunu dilə gətirərək hər zaman dost Azərbaycan xalqının yanında olduğunu və bundan sonra da xalqlarımız arasında bu dostluğun möhkəmlənməsinə çalışacağını bildirib.

Görüşün sonunda S.Nəsirov ərəb mənbələrinə istinad edərək Misirdə fəaliyyət göstərmiş 100 azərbaycanlı alim və ədib haqqında yazdığı kitabı komitə sədrinə hədiyyə edib.

Qeyd edək ki, Misir parlamentinin Vəqflər və Dini komitəsinin sədri Usəmə əl-Əbdl dekabrın 21-də Bakıda keçiriləcək “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda yekun beynəlxalq konfransa qatılmaq üçün Azərbaycana səfər edəcək.





2018-01-18 |
2018-01-16 |
2018-01-16 |
2018-01-11 |
2018-01-04 |
2018-01-02 |
2017-12-29 |
2017-12-28 |
2017-12-28 |
2017-12-28 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2002-11-10
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved