• Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür


Xəbərlər


20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb
2018-01-18 | 17:46 |

20 Yanvar faciəsinin qurbanları Gürcüstanda anılıb

 Gürcüstanın Suxumi Dövlət Universitetində "Borçalı-İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar "Unutsaq unudularıq" adlı anım tədbiri təşkil edilib.

Tədbirdə Suxumi Dövlət Universitetinin rektoru, professor müəllim heyəti, Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndələri və gürcü, azərbaycanlı tələbələr iştiak ediblər.

20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə "Borçalı-İrəli" İctimai Birliyinin sədri Məhəbbət İmanov çıxış edərək faciənin səbəbləri, nəticələri, bu hadisənin xalqımızın şanlı tarixindəki yeri və rolu barədə danışıb. Sonra 20 Yanvar faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.

 

Suxumi Dövlət Universitetinin rektoru, professor Zurab Xonelidze çixiş edərək bildirib ki, 9 Aprel və 20 Yanvar tarixləri Gürcüstanı və Azərbaycanı azadlığa, müstəqilliyə aparan tarixi və unudulmaz gündür. O, dost və strateji dövlət olan hər iki ölkənin eyni taleyi yaşadığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Suxumi Dövlət Universitetinin tarixçi professorları Ramaz Janturia, Zurab Papaskiri, Tamar Belikania, İndira Caqania, Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin təmsilçiləri Vuqar Mustafayev, Rəhim Rəhimzadə və Elcan İmamverdiyev 20 Yanvar və 9 Aprel faciəsinin təkcə Azərbaycan və gürcü xalqlarına deyil, bütövlikdə insanlığa qarşı törədilmiş terror aktı olduğunu vurğulayıblar. Bildirilib ki, SSRİ dağıldıqdan sonra müstəqillik uğrunda mübarizəyə qalxan hər iki xalq bütün cəhdlərə baxmayaraq, öz müstəqilliyinə və suverenliyinə qovuşdu və bu gün dünya birliyində öz layiqli yerlərini tutmaqdadı. Azərbaycanlı diplomatlar qeyd ediblər ki, qanlı gecənin səhəri gün ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar gecəsi Bakıda törədilmiş faciəyəyə öz kəskin etirazını bildirərək Sovet rəhbərliyini qanun qarşısında cavab verməyə çağırmışdı.

Sonda çıxış edənlər “SOCAR Georgia Compani” şirkətinin əməkdaşı Aygül İsayeva, İ.Javaxişvili adına Tbilisi Dövlət Universitetində Azərbaycan Dostları Klubunun rəhbəri Leyla Əmrahova, Gürcüstan-Azərbaycanlı Fəal Qadınlar Birliyinin sədri Gültəkin Mustafayeva və başqaları 20 Yanvar və 9 Aprel hadisələrinin daim qəlblərdə yaşayacağını və gələcək nəsilə bu tarixi günlərin çatdırılmasının vacibliyini qeyd ediblər. "Borçalı-İrəli" İB sədri Məhəbbət İmanov isə Suxumi Dövlət Universitetinin rektoruna və professor müəllim heyətinə tədbirin təşkili üçün şərait yaratıqlarına görə minnətdarlığını bildirib.





2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
2018-05-17 |
2018-05-16 |
2018-05-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2009-10-14
AZƏRBAYCAN-TÜRKİYƏ: BİR MİLLƏT İKİ DÖVLƏT VAHİD DİASPOR
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved