• Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilibAlmaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib
  • Belarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıbBelarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
  • Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilibTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilib
  • Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcəkMoldova Prezidenti İqor Dodon Azərbaycana gələcək
  • Diaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdıDiaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdı


Xəbərlər


Almaniyanın Hannover şəhərində keçirilən 20 Yanvar şəhidləri yad edilib
2018-01-23 | 11:07 |

Almaniyanın Hannover şəhərində keçirilən 20 Yanvar şəhidləri yad edilib

 Almaniyanın Hannover şəhərində “Bakı” Alman-Azərbaycan Dostluq Cəmiyyəti 20 Yanvar faciəsinə həsr olunmuş ”Son yüz ildə Azərbaycan və Türkiyənin  erməni məsələsi, soyqırımı iddiaları və gerçəklər" mövzusunda konfrans keçirib. Tədbirə Türkiyədən professorlar Aygün Attar Həşimzadə və Kamal Arı dəvət olunub.

Azərbaycanlılarla yanaşı, Türk  və türkdilli ictimaiyyətin də qatıldığı konfrans şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edən prfessorlar Aygün Attar və Kamal Arı tarixi dəlillərə əsaslanaraq bir çox məsələlərə aydınlıq gətirməyə çalışıblar. Onlar ermənilərin bu günə qədər türk xalqının başına gətirdiyi müsibətlər haqqında danışıb və azərbaycanlılara qarşı  olan soyqırımı kimi cinayətlərin daha çox ölkələrdə tanınmasının vacibliyini vurğulayıblar.

Konfransda Hannover şəhərində təşkil olunan bu tədbirin tariximizin unudulmaması və onun gənc nəslə ötürülməsi baxımından əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, xaricdə, o cümlədən Almaniyada, Hannoverdə yaşayan azərbaycanlı gənclər  torpaqlarımızın 20 faizinin hələ də işğal altında saxlanılmasını, erməni ideologiyasının yalan, uydurma və işğalçı olmasını bilməlidir.

Çıxışlardan sonra Aygün Attar və Kamal Arı iştirakçıların suallarını cavablandırıb. Daha sonda hər iki professora təşəkkürnamə təqdim edilib.

Konfrans çərçivəsində 20 Yanvar 1990 -cı il faciəsində və Azərbaycanın torpaqları uğrunda şəhid olanların, o hadisələri əks etdirən fotosərgi də təşkil olunub.

 





2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-21 |
2018-02-19 |
2018-02-19 |
2018-02-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
QURULTAYA HESABAT
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved