• Almaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilibAlmaniyanın Münhen şəhərində etiraz aksiyası keçirilib
  • Belarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıbBelarusda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
  • Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilibTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının diaspor üzrə Təmas qrupunun görüşü keçirilib
  • Moldova Prezidenti İqor Dodon Azərbaycana gələcəkMoldova Prezidenti İqor Dodon Azərbaycana gələcək
  • Diaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdıDiaspor rəhbəri İtaliya mətbuatında Xocalı soyqırımından yazdı


Xəbərlər


İsveç azərbaycanlıları 20 Yanvar şəhidlərini anıb
2018-01-23 | 16:40 |

İsveç azərbaycanlıları 20 Yanvar şəhidlərini anıb

 İsveçdə fəaliyyət göstərən  İsvec-Azərbaycan Birliyi (SAF) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Stokholmda anım tədbiri təşkil edib. Tədbirdə şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad edən soydaşlarımız həmin hadisələrlə bağlı xatirələrini və fikirlərini bölüşüblər.

Tədbirdə çıxış edən Elluca Atalı, Rahim Telman Sadıqbəyli və başqaları qeyd ediblər ki,  1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədən 28 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə öz sonsuz nifrətini bildirir. Həmin günlərin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldığı vurğulanıb.

20 Yanvarla bağlı xatirələrini bölüşən SAF sədri Sevda Dadaşova isə qürbətdə yaşayan gənclərdə və uşaqlarda vətənpərvərlik hissini gücləndirmək üçün belə tədbirlərin keçirilməsinin və milli faciə kimi yaddaşımızda dərin kök salmış hadisələrin onlara çatdırılmasının əhəmiyyətini vurğulayıb. Çıxışdan sonra S.Dadaşova ədəbi-bədii kompozisiyalar nümayiş etdirib. 





2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-23 |
2018-02-21 |
2018-02-19 |
2018-02-19 |
2018-02-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
AZƏRBAYCAN DİASPORUNA DÖVLƏT QAYĞISI (elektron kitab)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved