• Diaspor rəhbəri Misir televiziyasına müsahibə veribDiaspor rəhbəri Misir televiziyasına müsahibə verib
  • ABŞ-dakı diaspor təşkilatları bəyanat yayıbABŞ-dakı diaspor təşkilatları bəyanat yayıb
  • Yunanıstanda Beynəlxalq Dil Festivalı keçirilibYunanıstanda Beynəlxalq Dil Festivalı keçirilib
  • Kanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edirKanadadakı Azərbaycan icması Helsinki dinləmələrinə etiraz edir
  • Laçının işğalından 26 il ötürLaçının işğalından 26 il ötür


Xəbərlər


Professor Aygün Attarın azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı yazısı Türkiyə mətbuatında dərc olunub
2018-01-29 | 15:53 |

Professor Aygün Attarın azərbaycanlıların Ermənistandan deportasiyası ilə bağlı yazısı Türkiyə mətbuatında dərc olunub

 Bu il azərbaycanlıların tarixi toprlaqları olan indiki Ermənitsan ərazisindən məcburi deportasiyasından 70 il ötür. Bu tarixlə əlaqədar olaraq uzun illərdir Türkiyədə yaşayan soydaşımız, professor Aygün Attar yerli mediada “Qərbi Azərbaycandan azərbaycanlıların məcburi köçü” adlı məqalə ilə çıxış edib. Tarixi araşdırmada müəllif Çar Rusiyası dövründən başlayaraq Sovet İttifaqı dönəmində də davam edən erməni siyasətini təhlil edir.

Qeyd edilir ki, erməni məsələsi Sovet Rusiyasının şərq siyasətinin planlı bir hissəsidir və bu siyasətin nəticəsi olaraq azərbaycanlıların Ermənitsandan deportasiyası ilə bağlı Sovet rəhbərliyi 1947-ci il 23 dekabr tarixli 4083 saylı qərarı qəbul edir. Beləliklə 1948-ci ildə Qərbi Azərbaycanda yaşayan türklər üçün əsl fəlakət başlayır. 1948-53-cü illərdə indiki Ermənistan ərazisindən rəsmi məlumata görə 53 min, qeyri-rəsmi məlumatlara görə isə 150 min azərbaycanlı məcburi şəkildə öz torpaqlarından deportasiya edilir. Müəllif yazır ki, 1948-1953-cü illəri SSRİ “günahkar millətlərin sürgünü” dönəmi olaraq qəbul edir: “II Dünya Müharibəsi illərində göstərdikləri çətin mücadiləyə və qazandıqları qələbəyə rəğmən Sovet İttifaqı rəhbərliyi öz ərazisində yaşayan türk xalqlarını “düşmən xalq” elan edərək onları cəzalandırmaq yolunu tutub. Qəribə “təsadüfdən” qondarma xalq düşmənlərinin hamısı Ermənistanda yaşayan türk xalqları - azərbaycanlılar, çeçenlər, inquşlar, Krım tatarları, Ahıska türkləridir. Əsl məqsəd isə Ermənistanı türk xalqlarından təmizləmək idi”.

Professor A.Attar daha sonra yazır ki, ermənilər Qərbi Azərbaycan adlanan coğrafiyada türkləri tamamilə yox etmək siyasətini yüz illər ərzində davam etdirərək, SSRİ-nin sonuncu rəhbəri M.Qorbaçovun dövründə öz məqsədinə nail ola biliblər.

Azərbaycan türklərinə qaşrı təzyiq və köçürülmə siyasətinin Çar Rusiyası dövründən başladığını vurğulayan müəllif yazır ki, indiki Ermənistan ərazisi Çar Rusiyası üçün strateji bölgə olduğu üçün 1827-ci ildən 1990-cı ilədək mərhələ-mərhələ köçürülmə həyata keçirilib: “1827-ci  ildə bütün əhalisi türk olan indiki Ermənistan ərazisindən bu illər əraində həyata keçirilən soyqırımı və köçürülmə nəticəsində 1990-cı ildə bölgədə bir nəfər türk qalmayıb. 1827-ci ildə Rusların bölgəni istilasından sonra 25 min erməninin  yaşadığı indikii Ermənistan dövləti ərazisində bu gün yalnız ermənilər yaşamaqdadır. Beləcə ötən 163 ildə bölgənin demoqrafik vəziyyəti tamamilə dəyişdirilib. Bu isə bir milyondan artıq insanın qaçqın və məcburi köçkün olması, torpaqların 20 faizinin itirilməsi, Azərbaycan türklərinə aid 500-ə yaxın tarixi abidə, 100-dən artıq arxeoloji əsərin məhv edilməsi, minlərlə qiymətli sənət əsərinin olduğu 22 muzey, 4,6 milyon kitab, nadir əsər və yazıların qorunduğu 927 muzeyin indiki Ermənistan coğrafiyasından yağmalanması ilə nəticələnib. Bu isə Azərbaycan iqtisadiyyatı üçün 60 milyard dollar ziyan deməkdir”.   

http://www.enpolitik.com/mobil/kose-yazisi/1941/bati-azerbaycan-dan-azerbaycanlilarin-zorunlu-gocu.html 





2018-05-23 |
2018-05-21 |
2018-05-21 |
2018-05-18 |
2018-05-18 |
2018-05-17 |
2018-05-17 |
2018-05-17 |
2018-05-16 |
2018-05-16 |
MEDİATEKA
Videoqalereya Fotoqalereya Nəşrlər
2011-06-30
XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILAR ÜÇÜN YADDAŞ (məlumat kitabı)
VEB LAYİHƏLƏR


Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi. All rights reserved